1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının poliklinika rəisi, tibb xidməti polkovnik-leytenantı, kardioloq Dr. Tamilla Əliyeva
06.04.2024

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür.

Ümumdünya Sağlamlıq Günü öz rifahının, sağlam bədəninin və güclü ruhunun qayğısına qalan hər kəs üçün mühüm bayramdır. Ümumdünya Sağlamlıq Gününün tarixi, yaranması və məqsədi barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının poliklinika rəisi, tibb xidməti polkovnik-leytenantı, kardioloq Dr. Tamilla Əliyevaya ünvanladıq.

- Tamilla xanım, bildiyimiz kimi, bu gün bütün dünyada Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Bu gün necə yaranıb və hansı məqsədləri güdür?

- Bu il Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 76-cı ildönümü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci il aprelin 7-də, təşkilatın nizamnaməsi imzalananda yaradılıb. 1950-ci ildən, eyni tarixdə, hər il bütün bəşəriyyətə təsir edən və həyatımıza birbaşa təsir edən problemlərin gündəmə gəlməsinə imkan verən Ümumdünya Sağlamlıq Günü meydana gəlib. Bu bizim sağlamlığımız və uzunömürlü olmağımz üçündür.

- Hər il Ümumdünya Sağlamlıq Günü xüsusi şüar altında keçirilir və aydın mövzuya malikdir. 2024-cü ildə Ümumdünya Sağlamlıq Günü hansı şüar altında keçirilir?

-Builki şüar “Sağlamlığım mənim haqqımdır”. Bu prinsip Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyasının əsasında təsbit edilib Bu, bir gün bütün insanların dinc, firavan və davamlı cəmiyyətdə sağlam və xoşbəxt olacağına dair möhkəm inama əsaslanır.

- Həmin gün tibb müəssisələrində hansı tədbirlər keçirilir?

-Hər il aprelin 7-si dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən hər hansı bir mövzuya yönəltmək üçün bir imkandır.

Hazırda qeyd olunan Ümumdünya Səhiyyə Gününün əsas müzakirə hədəfi insan sağlamlığıdır, hər kəs öz sağlamlığının qayğısına qalmalı, bunun üçün heç bir məhdudiyyətlər ona mane olmamalıdır.

Hər birimiz özümüzün və yaxınlarımızın sağlamlığı üçün məsuliyyət daşımağı öyrənməliyik. Zərərli vərdişlər, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və insanın psixi sağlamlığına diqqət yetirilməməsi ağır xroniki xəstəliklərin və ölümün əsas səbəbidir. Həkimlərin tələblərinə və məsləhətlərinə məhəl qoymamaq yalnız xəstəliklərin gedişatını ağırlaşdırır və tibbin kömək etməkdə aciz qalması ilə bitir. Ona görə də, Ümumdünya Sağlamlıq Günündə əhali arasında sağlam həyat tərzi barədə maarifləndirmə tədbirləri həyata keçirilir. ÜST-ün verdiyi tərifə görə, sağlamlıq – sadəcə fiziki qüsurların və xəstəliklərin olması deyil, sosial, fiziki və psixoloji rifahın vəhdətidir. Məlumdur ki, bizim sağlamlığımızın 50%-ni sağlam həyat tərzi təşkil edir.

-Tamilla xanım, hazırda bu ifadə - sağlam həyat tərzi çox dəbdədir. Sağlam həyat tərzi dedikdə, nəyi əsas götürmək lazımdır?

-Sağlam həyat tərzi - insan sağlamlığını yaxşılaşdıra bilən, xəstəliklərin inkişaf ehtimalını azaldan və orqanizmin ətraf mühit şəraitinə uyğunlaşması üçün optimal şərait yarada bilən həyat tərzidir. Sağlam həyat tərzi bizə məqsəd və vəzifələrimizi yerinə yetirməyə, planlarımızı uğurla həyata keçirməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. İnsanın özü tərəfindən qorunan və gücləndirilən yaxşı sağlamlıq ona uzun və sevinc dolu bir həyat yaşamağa imkan verəcəkdir. Sağlam həyat tərzinə aşağıdakı elementlər daxildir:

- Alkoqollu içkilər, siqaret çəkmək kimi pis vərdişlərdən imtina;

-Düzgün qidalanma - insanın xüsusiyyətlərini, yaşını və cinsini nəzərə alaraq, sağlamlığının möhkəmlənməsinə və xəstəliklərin qarşısının alınmasına töhfə verən müxtəlif pəhrizlər;

-Normal yuxu - gündə ən azı 7 saat; Yaxşı yuxu sağlam qalmağın ən yaxşı yollarından biridir. Gecə yuxusu zamanı melatonin səviyyəsi yüksəlir, bu da immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır.

-Fiziki fəaliyyət; Fiziki cəhətdən aktiv insanların sağlamlığı və əhvalı yaxşı olur, onlar stress və depressiyaya daha davamlıdırlar.

-Gündəlik rejimə uyğunluq; Hər bir insanın rejimi onun daha məhsuldar işini təmin etmək üçün iş, istirahət, yemək, yatmaq üçün vaxtın rasional birləşməsini təmin etməlidir.

-Stress yükünün azalması (uzun müddət davam edən stress immunitet sisteminə güclü zərbə vurur);

Beləliklə, demək olar ki, sağlam həyat tərzi ömür boyu mənəvi, əqli və fiziki sağlamlığı qorumağa imkan verir.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment