1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin nəzərinə
06.04.2024

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 2024-cü ilin 5 aprel - 3 may tarixləri arasında həyata keçiriləcəkdir.

Vətəndaş cəmiyyəti institutu tərəfindən irəli sürülmüş namizəd barədə aşağıdakı sənədlər təqdim edilməlidir:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Namizədin tərcümeyi-halı;

- Namizədin vətəndaş cəmiyyəti institutununa üzvlüyünü təsdiq edən sənədin surəti;

- Şəxsin təhsil, təlim və sosial dəstək sahəsində təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

- Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumatı əhatə edən digər sənədlər də təqdim edilə bilər.

İctimai Şuranın üzvlüyünə hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir namizədini irəli sürə bilər.

Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədlərə dair tələblər aşağıdakılardır:

- İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının 16 yaşına çatmış fəaliyyət qabiliyyətli vətəndaşı olması;

- Vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;

- Məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması;

- Barəsində icraatda olan cinayət-mühakimə işinin olmaması.

İctimai şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək, elektron poçt vasitəsilə namizədə məlumat veriləcəkdir.

Yuxarıda qeyd edilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina ediləcək.

İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

Şura üzvlüyünə seçkilərin təşkili və İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 5 nəfər müəyyənləşdirilib.

Namizədlər tələb olunan sənədləri 2024-cü ilin 5 aprel - 3 may tarixlərində (iş günləri) saat 09:00-dan 17:00-dək İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə, eləcə də info@ezda.edu.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

Əlavə məlumat üçün telefonlar: (012) 525-39-57, (051) 205-97-52

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment