1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Səidə Kərimova
06.04.2024

6 aprel Ümumdünya Fiziki Aktivlik Günüdür.

Dr.Səidə Kərimova: “Bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha güclü effekt göstərir”.

6 aprel Ümumdünya Fiziki Aktivlik Günüdür. İdman dünyanı dəyişdirmək gücünə malikdir. 2024-cü ilin qlobal mövzusu “Sülhsevər Cəmiyyətlərin Təşviqi üçün İdman”dır.Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet, skolioz, lordoz və digər  qeyri-infeksion xəstəliklərin profilaktikası üçün vacib əhəmiyyətə malikdir. Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova fiziki aktivliyin əhəmiyyəti barədə “Azertac” saytında işıqlanan müsahibəsini Sizə təqdim edirik. 

Bu əlamətdar gün Azərbaycanda hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, ictimaiyyət fiziki passivliyin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılır.

Bununla bağlı suallarımızı Mərkəzi Gömrük HospitalınınFizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimovaya ünvanladıq. 

- Səidə həkim, fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Hazırda insanların çoxu oruc tutur. Bu ay fiziki məşğələlərlə nə vaxt məşğul olmaq lazımdır ki, orqanizmin fəaliyyətinə müsbət təsir göstərsin?

- Ramazan ayında insanlar oruc tutur, müəyyən müddət ərzində ac qalırlar, buna görə də bu ay məsləhət görərdim ki, iftarla imsak arasında olan müddətdə fiziki aktiv olsunlar: iftardan sonra bir müddət havada gəzsinlər, yeyib oturmasınlar, yatmasınlar, əksinə, piyada yürüş etsinlər, müxtəlif idman hərəkətləri ilə məşğul olsunlar və ya açıq meydançalarda oyunlar oynasınlar. Adətən, etdiyiniz idman hərəkətlərini bu ay 30% azaldın və bu rejimi elə qurun ki, idman hər gün yox, günaşırı olsun. İftarla imsak arasında idman hərəkətləri ilə bərabər, çoxlu maye, əsasən su qəbul etmək lazımdır, bu, gücünüzün bərpası üçün çox vacibdir.

- Fiziki passivliyin insan orqanizmi üçün hans zərərləri var?

- Fiziki passivlik müasir dövrdə ən boyük problemlər sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya ümumi olüm riski faktorları arasında 4-cü yerdədir. Fiziki passivlik ürək-damar, diabet və xərçəng kimi xəstəliklərın gedişatını ağırlaşdırır.

13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil. Onların 80%-i gündəlik minimal 60 dəqiqəlik aktivlik rejiminə riayət etmirlər .

Fiziki passivlik barədə danışanda oturaq rejimi də qeyd etmək lazımdır. XX əsrdə oturaq rejimin ziyanını hətta siqaret çəkmənin ziyanı ilə bərabərləşdirirdilər. “Oturmaq yeni variant siqaret çəkməkdir” (sitting is a new smoking) ifadəsi bir müddət trendə çevrilmişdi.

- Səidə xanım, fiziki aktivlik dedikdə, hansı fiziki məşğələlər nəzərdə tutulur? Orta intensiv fiziki aktivlik hansıdır?

- Fiziki aktivlik gündə ən azı 30 dəqiqə, həftədə 5 gün orta intensivlikdə idmanın olmasıdır. Uşaqlar və yeniyetmələr üçün bu rəqəm fərqlidir - gündə 60 dəqiqə.

Orta intensiv fiziki aktivlik isə standart rahat vəziyyətdən 3 dəfə artıq enerji tələb edən aktivlikdir. Məsələn, orta templə yürüş, velosiped sürmə, tennis, üzgüçülük və s. Məncə, yürüş aktiv qalmaq üçün ən sadə və əlçatan bir variantdır.

- Fiziki aktivliyin insan sağlamlığı üçün nə kimi müsbət təsirləri var? Fiziki aktiv olmaqla hansı xəstəliklərin qarşısını almaq mümkündür?

- Fiziki aktivlik ürək-damar, diabet və digər xəstəliklərin profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır. Fiziki aktivlik çəki kontrolu, sümüklərin və əzələlərin möhkəm olması üçün çox vacibdir. Tədqiqatlara əsasən bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha güclü effekt göstərir.

Aktivliyin orqanizmə müsbət təsiri elmlə sübüt olunmuşdur. Bu təsirlər arasında aşağıdakıları göstərmək olar:

• Artıq çəkini kontrol altına salır;

• Qlükozanı (şəkəri) və insulin balansını tənzimləyir;

• Ürəyin koronar damarlarında qan axarını artırır;

• Trombların yaranması riskini azaldır;

• Qan təzyiqini tənzimləyir;

• Qanda lipid profili yaxşılaşdırır - “yaxşı” yağların lipoproteidlərin səviyyəsini artırır, “pis” yağların səviyyəsini azaldır.

Bunlarla yanaşı, fiziki aktivlik insanda depressiya, stress və gərginliyi azaldır və ümumi əhvalı yaxşılaşdırır.

- İnsanların fiziki passivliyinin əsas səbəbləri hansılardır?

- XXI əsrdə insanların çoxu vaxtını kompüter qabağında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz hərəkət üçün hesablanıb. Müasir texnologiyalar və ofis işi şəraiti isə bizi hipodinamik həyat tərzinə meyilləndirir. Bu barədə çox maraqlı rəqəmlər var - böyüklər orta hesabla sutka vaxtının 90%-ni qapalı məkanlarda keçirir. Gün ərzində təxminən 9 saat oturaq vəziyyətdə oluruq. Oturaq rejimin bizim onurğamızın sağlamlığına, əzələ, skelet strukturlarına və digər sistemlərə mənfi təsiri haqqında sübut olunmuş araşdırmalar mövcuddur. Belə həyat tərzimiz bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.

- Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün nələri tövsiyə edərdiniz?

- İlk və ən vacib qayda - hansısa idman və hərəkət zamanı ağrı hiss edirsinizsə, onu dərhal dayandırın. Ağrı hərəkətinizin düzgün olmaması, ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə xəbərdarlıq edir. Hər bir idmandan əvvəl istilənmə mərhələsini unutmayın, hərəkətin düzgün texnikasını öyrənin, gücünüzü düzgün qiymətləndirin. Fiziki aktivliyə uyğun qidalanın, bol su için və dincəlin. Bunlar idmandan sonra əzələlərin bərpasına kömək edəcək.

- Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşğələlər edilə bilər?

- Gündəlik idman proqramınıza gərmələri, balans üçün hərəkətləri, ümumi bədənin sağlamlığına müsbət təsir edən, tez-tez müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətlərini əlavə etmək məsləhətdir. Bu idmanları siz  Mərkəzi Gömrük Hospitalının internet saytında “Düz qamət - sağlam həyat” rubrikasından öyrənə bilərsiniz. Linki təqdim edirəm.https://customshospital.az/hekim-mesleheti-duz-qamet/

- Səidə həkim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment