1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlığın İnkişafı Fondu vakansiya elan edir
07.03.2024

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu “Layihələrin təhlili şöbəsinin aparıcı mütəxəssisi / mütəxəssisi” vəzifələri üzrə vakansiya elan edir:

Əsas öhdəliklər:

·       Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) təqdim edilməli olan sənədlər toplusuna uyğunluğunu yoxlamaq;

·       Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;

·       Kredit müraciətləri üzrə maliyyə hesabatlarının təhlilini aparmaq, o cümlədən biznesin ilkin monitorinq prosesində iştirak etməklə təqdim edilmiş məlumatların yoxlanılmasını həyata keçirmək;

·       Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;

·       Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;

·       Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;

·       Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.


Namizədə dair tələblər:

·       Maliyyə, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil; 

·       İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını təhlil etmə bacarıqları;

·       Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;

·       MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;

·       Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;

·       Operativ və düzgün qərar vermək bacarığı;

·       Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətlilik;

·       ACCA F3 sertifikatının olması arzuolunandır.


Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə 1 aprel 2024-cü il tarixinədək hr@edf.gov.az e-mail ünvanına göndərə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment