1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib
05.03.2024

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib 

150-yə yaxın iş adamının iştirak etdiyi tədbirdə Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əməkdaşlığı, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib. 

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qəhrəmanmaraş  Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər. Qeyd edilib ki, iki ölkə arasında iqtisadi əlaqələr müxtəlif sektorları əhatə etməklə çoxşaxəlidir. Məqsədimiz ticarət əlaqələrində KOB-ların rolunu artırmaq, birgə layihələri genişləndirməkdir. Ölkələrimiz sosial və humanitar sahədə də əməkdaşlıq edirlər. Türkiyənin müxtəlif bölgələrində baş vermiş zəlzələnin ilk günündən Azərbaycan Türkiyənin yanında olub. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə təsis olunmuş "Qardaş köməyi" platforması üzərindən Azərbaycan iş adamları tərəfindən də ianələr edilib, qida və qeyri-qida yardımları olunub. Azərbaycan hazırda Qəhrəmanmaraşda humanitar fəaliyyətini davam etdirərək ye­nidənqurma və bərpa işlərində iştirak edir, burada “Azərbaycan” yaşayış məhəlləsi inşa olunur.

Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment