1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirilib
04.03.2024

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirilib 

Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. 

Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması məqsədilə “Regional tərəfdaşların inkişafı” layihəsi 2024-cü ildə də davam etdirilir.  

Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və yeni biznesə başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihə 2022-ci ildən həyata keçirilir. 

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti tədbir martın 1-də Xaçmaz rayonunda keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı ilə "Xaçmaz KOB evi"ndə keçirilən tədbirdə Bakı şəhərindən və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən 200-dən çox sahibkar, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarklığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Aqrar Kredit  və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı və Milli Məclisinin deputatı Sevil Mikayılova sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının sahibkarlığa başlanılmasında rolu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara göstərilən xidmətlər barədə məlumat veriblər. 

"Marsol Group”un direktoru və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Maricel Real Estate”in təsisçisi Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.  

Tədbir çərçivəsində “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, AKİA, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, “Sirab” MMC-nin və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment