1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Bank və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin maliyyə
28.02.2024

Mərkəzi Bank və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində önəmi mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

 Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu mövzuda aidiyyəti fokus qruplarının maarifləndirilməsi Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması istiqamətində Auditorlar Palatasının kollektivinə, auditor təşkilatlarına və sərbəst auditorlara maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi, üstünlükləri və onun praktikada tətbiqi üzrə geniş müzakirələr aparılmışdır.

Bundan əlavə, tədbir iştirakçılarına Mərkəzi Bankın Maliyyə savadlılığına dair elektron resursları barədə təqdimatlar edilmişdir.

Ölkədə əhalinin və biznes subyektlərinin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının stimullaşdırılması, bununla da maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən maraqlı tərəflərlə bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment