1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Sədi Allahverdiyev “IX Endo Dubai 2024” konfransında video təqdimatla çıxış edib
28.02.2024

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Dr.Sədi Allahverdiyev 23-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində endoskopik ginekologiyanın aktual problemlərinə həsr olunmuş “IXEndo Dubai 2024” konfransında həm iştirak edib, həm də video prezentasiya ilə çıxış edib. 

“IXEndo Dubai 2024” konfransının 3-cü günü -25 fevral 2024-cü il tarixində Sədi Allahverdiyev konfrans aparılan əsas zallardan birində«Uşaqlıq boynu lokalizasiyalı miomanın laparoskopik xaric edilməsi»mövzusunda 6 dəqiqlik video təqdimatla çıxış etmişdir.Təqdimatın başlanğıcında doktorumuz Azərbaycan Respublikası, Bakı şəhərində yerləşən, Mərkəsi Gömrük Hospitalında çalışdığını qeyd etmiş, bundan sonra 6 dəqiqəlik videoçarxda tərəfindən Hospitalda icra edilən əməliyyatın həm histeroskopik,həm də laparoskopik video görüntüsü, eyni zamanda bu xəstəliyin statistik rastgəlmə tezliyi, xəstənin anamnezi haqqında məlumat və MRT görüntülərini təqdim etmişdir. 

Təqdimat çox böyük maraqla qarşılanmış, nadir və maraqlı bir patologiya olduğu qeyd edilmişdir. Əməliyyatın yüksək səviyyədə icra olunduğu panel rəhbərləri tərəfindən vurğulanmış, auditoriyanı maraqlandıran suallar cavablandırılmışdır.Bu tədbirdə Sədi Allahverdiyevlə yanaşı Azərbaycanın müxtəlif klinikalarından 35 mütəxəssis- ginekoloq iştirak etmişdir. Azərbaycan bu konfransda 4 video prezentasiya və 4 abstrakt prezentasiya təqdim olunmuşdur.Video prezentasiyalardan biri təqdim olunan çıxışlar içərisində birinci yerə layiqgörülmüşdür. Azərbaycanın mama-ginekoloq ixtisası üzrə bəlkə də belə mötəbər tədbirdə bu aktivliklə çıxış bir ilkdir.Bu aktivlik dünyada endoskopik ginekologiya üzrə tanınmış ekspertlərin diqqətini çəkmişdir. 

Qeyd edək ki, tədbirdə endoskopik ginekologiyanın müasir problemləri müzakirə olunub. Buraya diaqnostik histeroskopiya,uşaqlıq daxili endovizual cərrahiyə, laparoskopik, robotik cərrahiyənin aktual məsələləri aiddir. Bu gün üçün çox aktual olan endometrioz cərrahiyyəsi,görüntüləməsi, medikal müalicəsi daha sıx müzakirə olunub.

Tədbir 6 zalda, onlardan ikisi böyük, və endoskopik cihazlar istehsal edən firmaların yeni avadanlıqlarını təqdim etdiyi böyük sərgi salonunda keçirilib.Tədbirin ilk günündə 8 saat davam edən, ümumi 12 laparoskopik və histeroskopik əməliyyatlar, canlı olaraq dünyanın müxtəlif ölkələrinin aparıcı mərkəzlərindən zallara translyasiya olunub (Dubay,BƏƏ ; Polşa; İtaliya; Rusiya Federasiyası, Fransa və s.). 55 müxtəlif kurs praktik vərdişlərin icra olunması və plenar sessiyalar, 135-dən çox müxtəlif mövzularda çıxışlardan ibarət olub. Tədbirdə dünyanın 70 ölkəsindən 1100-dən çox mütəxəssis iştirak edib. 

Bu tipli tədbirlərdə il ərzində bizim sahədə olan yeniliklər, yeni icra olunan əməliyyatlar, yeni çıxan avadanlıqlarla tanış olmaq, praktiki vərdişlərlə olan kurslarda cərrahi bacarıqları artırmaq, bizim tərəfimizdən icra olunan maraqlı əməliyyatları təqdim etmək, bu haqda ekspertlərin rəylərini dinləmək, tövsiyyələr almaq və gələcəkdə bu ekspertləri yerli konfranslara dəvət etmək üçün geniş şərait olur. Buna görədəbukimimötəbərkonfranslardaistiraketməkcərrahibilikvəbacarıqlarıartırır. Dünya ginekologiyasında bugün icra olunan cərrahi mudaxilələr və ən yeni medikal müalicə haqqında informasiyalardan xəbərdar olmaq üçün belə tədbirlərdə istirak etmək zəruridir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment