1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna səfər ediblər
27.02.2024

“Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər çərçivəsində “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlar, azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib. Eləcə də Fondun müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kreditlərlə bu ərazilərdə sahibkarlığın dəstəklənməsindən bəhs olunub.

Tədbir çərçivəsində SİF-in ”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” zəmanət və subsidiya mexanizmi təqdim edilib. Bildirilib ki, regionda fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək,  müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Bununla yanaşı, kreditin müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Sahibkarlar Zəngilanın Ağalı kəndində və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nda yaradılan şəraitlə tanış olublar.

Səfər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun və “Bank Respublika”nın təşkilatçılığı ilə təşkil olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment