1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Gənc startap” sahibkarlıq təlimləri başlayır
27.02.2024

“Gənc startap” sahibkarlıq təlimləri başlayır 

KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam edəcək. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulu 23 fevral tarixində başa çatıb. Təlimlərdə iştirak etmək üçün 284 nəfər müraciət edib. 

Qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslərin e-mail ünvanlarına elektron məktub və təlim cədvəli göndərilib. İştirakçıların təlimlərlə bağlı hər hansı sualı yaranarsa baki@bilisimvadisi.com.tr e-poçt ünvanı üzərindən müraciət edə bilərlər. 

Təlimlər fevral və mart aylarında onlayn və oflayn formatlarda təşkil olunacaq. Onlayn təlimlər “Zoom” platforması üzərindən olmaqla 28 fevral, 1,4,6 mart tarixlərində keçiriləcək. Oflayn formatda təlimlər isə 11,12 və 13 mart tarixlərində “Bakı KOB evi”ndə təşkil olunacaq. Üzbə-üz təlimlərdə onlayn mərhələni uğurla tamamlamış şəxslər iştirak edə biləcəklər. 

Təlimlərdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular, nəzəri biliklərin real mühitdə tətbiqi tədris olunacaq.

Təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcəkdir. Təlimlər ödənişsizdir. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək. 

Qeyd edək ki, “Gənc startap” sahibkarlıq təlimləri biznes ideyası olan və onu startap layihəsinə çevirmək üçün dəstəyə ehtiyacı olan gənclər üçün təşkil edilib. KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam etdiriləcəkdir. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment