|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında Travmada İlkin Təxirəsalınmaz Tibbi Yardım üzrə Beynəlxalq Kurs - ITLS keçirilib |
12.02.2024 | |
| |
10-11 fevral 2024-cü il tarixlərində AHA Beynəlxalq Təlim Mərkəzi tərəfindən tibb işçiləri üçün rəsmi beynəlxalq sertifikatlaşdırılmış "İTLS - Travmada İlkin Təxirəsalınmaz Tibbi Yardım Kursu” uğurla keçirilib.Təlimdə Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım həkimləri, habelə travmatologiya və ümumi cərrahiyyə ixtisasları üzrə rezidentlər iştirak edib. İTLS kursu TTY briqadaları, fövqəlada hallarda zərərçəkmişlərə yardım göstərən mütəxəssislər, hərbi həkimlər və digər tibb işçiləri, idman həkimləri, habelə reanimatoloqlar, terapevtlər, cərrahlar və orta tibb işçiləri üçün nəzərdə tutulub.
Kurs özündə travmanın və onun səbəb olduğu zədələnmələrin mexanizminin təyin edilməsi, mütəşəkkil şəkildə və müvafiq vaxt çərçivəsində zərərçəkmişə ilk tibbi yardımın göstərilməsi, travma zonasında stabilləşdirilməsi və evakuasiyasını, kritik tibbi müdaxilələrin prioritetləşdirilməsi və icrasını, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası və ilkin müalicəsini və zərərçəkmişlərin daşınması məsələlərini əhatə edir. İTLS kursunda həm nəzəri, həm də praktik bacarıqların aşılanması təmin edilir.
|
|
|
|