Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi,maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə
MÜSABİQƏ elan edir
“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sumqayıt şəhərində illik istehsal gücü 100 milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi üçün potensial investorları müsabiqədə iştiraka dəvət edir.
Layihənin təsviri və müsabiqənin şərtlər toplusunun qısa məzmunu:
- Layihənin məqsədi: Şirin su mənbələrinin şaxələndirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında içməli suya artan tələbatın təmin edilməsi, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünün azaldılması, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferinin stimullaşdırılması;
- Layihənin təsviri: Sumqayıt şəhərində illik istehsal gücü 100 milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun “tik - idarə et - təhvil ver” modelinə uyğun olaraq layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi;
- Layihənin müddəti: Müqaviləyə əsasən içməli su istehsalı zavodunun 2.5 il müddətində tikintisi (istismara verilməsi daxil olmaqla) və 25 il müddətində özəl tərəfdaş tərəfindən idarə edilməsindən sonra zavodun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi nəzərdə tutulur;
- Müsabiqənin keçirilməsi: “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 9 dekabr 2022-ci il tarixli Qanununa əsasən dövlət-özəl tərəfdaşlığına dair müsabiqə keçirilir;
- Özəl tərəfdaşların seçilməsi: Minimal texniki tələblərə cavab verən layihə təklifləri maliyyə (60%) və texniki (40%) meyarlar üzrə qiymətləndirilir.
Müsabiqə üçün tarixlər:
Mərhələ və ya Müsabiqə hissəsi
|
Tarix
|
Müsabiqə elanının dərc edilməsi
|
08.02.2024
|
Müraciət üçün son tarix
|
29.02.2024
|
İxtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun (3-cü cild) təqdim edilməsi
|
07.03.2024
|
İddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin təqdim edilməsi
|
01.07.2024
|
Müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi
|
16.09.2024
|
Dövlət-özəl tərəfdaşlığımüqaviləsinin bağlanılması
|
Müsabiqə qalibinin elan edilməsindən sonra 6 ay ərzində
|
Layihə üzrə dövlət dəstəyi və təminatlar:
Layihə üzrə dövlət dəstəyi / təşviq mexanizmləri olaraq özəl tərəfdaş tikinti və idarə etmə müddəti boyunca mənfəət vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal edilmiş texnika, texnologiya, avadanlıqlar və duzsuzlaşdırma prosesində istifadə edilən materiallar üzrə ƏDV-dən və gömrük rüsumlarından azad ediləcəkdir.
Dövlət tərəfdaşı:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
Müraciət tarixi və iddiaçılara dair tələblər:
Potensial investorlar layihədə iştirak məqsədi ilə 2024-cü ilin 8 fevral saat 10:00-dan etibarən ixtisas qiymətləndirilməsi üçün “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun 11-ci maddəsi ilə nəzərdə tutulan sənədlər barədə məlumatı xüsusi yaradılmış portal vasitəsilə əldə edə bilərlər. Belə ki, müsabiqədə iştirak etməkdə maraqlı olan iddiaçılar azdesalppp@economy.gov.az elektron poçt ünvanı vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət etdikdən sonra müsabiqə üçün zəruri sənədlərin elektron qaydada təqdim edilməsi məqsədilə yaradılmış məlumat mübadiləsi sistemi üçün istifadəçi adı və şifrə paylaşılacaqdır.
Müsabiqə və layihə ilə bağlı əlavə məlumat üçün əlaqə vasitələri:
e-mail: azdesalppp@economy.gov.az
Zaur Məmmədov – İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Sənaye siyasəti sektorunun müdiri
Tel: (+994 12) 310 28 00 (daxili: 24 73)
Mob: (+994 50) 406 74 77
Əmrah Qarayev – İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi
Tel.: (+994 12) 310 28 00 (daxili: 21 32)
Mob: (+994 70) 597 99 97
Müraciət üçün son tarix
29 fevral 2024-cü il saat 18:00 (Azərbaycan vaxtı ilə).