1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank tərəfindən qanunvericilik tələbləri üzrə növbəti maarifləndirmə tədbiri təşkil edilmişdir
08.02.2024

 “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar mühitinin təmin edilməsi strateji təşəbbüsü çərçivəsində nəzərdə tutulan fəaliyyətlərdən biri də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi istiqamətində ödəniş xidməti təchizatçılarına təlim və seminarların təşkilinin həyata keçirilməsidir. Bu xüsusda Mərkəzi Bank tərəfindən Azərbaycan Fintex Assosiasiyası (AzFina) üzvlərinə 10 yanvar 2024-cü il tarixində təsdiqlənmiş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” Qaydasının təqdimatı keçirilmişdir.

Təqdimat zamanı ödəniş təşkilatları və elektron pul təşkilatlarının minimum nizamnamə və məcmu kapital tələbləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyət proqramı və biznes planı, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, kreditin verilməsi proseduru, valyuta mübadiləsi əməliyyatları, əməliyyat və təhlükəsizlik insidentləri üzrə məlumatlandırma və hesabatlıq tələbləri ilə əlaqədar məlumatlar AzFina nümayəndələrinin diqqətinə çatdırılmışdır. Görüşdə AzFina nümayəndələrinin Qayda tələbləri ilə əlaqədar sualları cavablandırılmış və praktiki nümunələr əsasında izahlar verilmişdir.

Qeyd edək ki, yeni qanunvericilik tələbləri üzrə maarifləndirmənin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçılarına təlim və seminarların keçirilməsi tədbirləri davam etdiriləcəkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment