1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalanıb
01.02.2024

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında “Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu”nun videokonfrans formatında imzalanma mərasimi keçirilib.

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələrin İİB tərəfindən dəstəkləndiyini vurğulayıb. Məhəmməd Süleyman Əl-Casir Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib. Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.

Görüşdə həmçinin, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment