1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş tədbir keçirilib
31.01.2024

30 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müşaviri ƏsgərMəmmədov, rəis müavinləri dosent, t.ü.f.d., İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək bütün gömrükçüləri peşə bayramı münasibətilə, eləcədə Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsinin ali xüsusi rütbə və medallarla təltif etdiyi əməkdaşlarını təbrik edib. 

İdarə rəisi Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan öz müstəqilliyinin yenidən bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlətin nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətiinin yaradılması və formalaşdırılması əsas vəzifələrdən biri kimi qarşıda dururdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən qısa müddət sonra - 1992-ci il yanvarın 30-da yaradılmış Dövlət Gömrük Komitəsi Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoydu. 

Əsgər Məmmədov yarandığı gündən indiyə qədər Dövlət Gömrük Komitəsinin keçdiyi inkişaf yolundan danışıb, deyib ki, bu gün Azərbaycanda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab prezident İlham Əliyev gömrük işinin təkmilləşdirilməsini, modernləşdirilməsi daim diqqət mərkəzində saxlayır. Hazırda biz gömrük xidmətində elektron xidmətlərin sayının artmasının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin canlı şahidiyik. Bütün bu islahatlar gömrük orqanlarında  xidmət mədəniyyətinin yüksəldilməsinində və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayır.

DövlətGömrükKomitəsi sədrinin müşaviri Əsgər Məmmədov çıxışının sonunda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının bütün kollektivini peşə bayramı münasibətilə təbrik edib, həm COVİD-19 pandemiyası dövründə, həm də hazırkı dövrdə bütün tibb personalının əzmlə çalışması və tibb sahəsində qazandığı böyük uğurları yüksək qiymətləndirib. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov çıxış edərək gömrükçüləri peşə bayramı münasibətilə təbrik edib, Mərkəzi Gömrük Hospitalında gömrükçülərə, onların ailə üzvlərinə göstərilən tibbi xidmətlərin statistikası, Mərkəzi Gömrük Hospitalının yeni inzibati binasının açılışı və istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrləriniiştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının Texniki-Təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov, Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova və Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu çıxış edərək öz səmimi təbriklərini səsləndiriblər. 

Tədbirdə Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx və Mərkəzi Gömrük Hospitalının həkimlərinin təbrik videosunümayiş etdirilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment