1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AZPROMO-da 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib
30.01.2024

AZPROMO-nun 2023-cü ildəki fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və investisiyaların stimullaşdırılması istiqamətində görülən işlər, keçirilən tədbirlər, eləcə də cari ilin planları haqqında məlumat verilib.

Yanvarın 29-da İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun 2023-cü ildəki fəaliyyəti və builki planlarına həsr olunan mətbuat konfransı keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı, xüsusilə qeyri-neft ixracının artırılması istiqamətində reallaşdırılan tədbirlər, ixracyönümlü qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılan əlverişli şərait, "Made in Azerbaijan" brendinin xaricidə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2023-cü ildə Azərbaycandan 110-dan çox ölkəyə 3,3 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8% çoxdur və yeni tarixi rekord hesab olunur.

Bundan əlavə, AZPROMO-nun investisiyaların təşviqi çərçivəsində gördüyü işlər, o cümlədən “Investment Roadshow” tədbirlərinin keçirilməsi və Agentliyin 2023-cü ilin dekabr ayında ardıcıl üçüncü dəfə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Mərkəzi Asiya üzrə bölgə direktoru statusunu qazanması diqqətə çatdırılıb.

Mətbuat konfransında Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici həmkarları ilə işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində təşkil olunan tədbirlər diqqətə çatdırılıb. AZPROMO-nun ötən il 23-ü beynəlxalq tədbir olmaqla, 42 tədbir təşkil etdiyi və bu tədbirlər çərçivəsində Agentliyin 11 anlaşma memorandumu və 1 fəaliyyət planı imzaladığı qeyd olunub.

Vurğulanıb ki, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın təşviqi mexanizmlərinin reallaşdırılması çərçivəsində 2023-ci ildə Azərbaycan şirkətlərinin məhsulları AZPROMO-nun dəstəyi ilə “IGW Green Week 2023” (“Beynəlxalq Yaşıl Həftə”),  “World Food Moscow 2023”, “Anuga 2023” və 6-cı Çin Beynəlxalq İdxal Sərgisi kimi irimiqyaslı sərgilərdə vahid ölkə stendində nümayiş olunublar. Bildirilib ki, bu il yerli ixracatçılar Agentliyin dəstəyi ilə iki sərgidə - Bağdadda keçirilən “Iraq Fair” və “IGW Green Week Berlin 2024”də iştirak ediblər.

“Hesabat ilində “World Food Moscow 2023” və "Anuga 2023” kimi beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair müqavilələr imzalanıb”, -  Agentliyin icraçı direktoru Yusif Abdullayev deyib.

Yerli məhsulların ölkə xaricində tanıdılması məqsədilə hazırda Azərbaycanın 12 ticarət evi fəaliyyət göstərir və bu il daha iki ticarət evimizin Çinin Çendu və Nankin şəhərlərində açılışı gözlənilir.

Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır.

Tədbirdə Agentliyin gələcək planları barədə məlumat verilib, KİV nümayəndələrinin sualları cavablandırlıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment