1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Uşaq Cərrahiyyəsi şöbəsində
30.01.2024

Mərkəzi Gömrük Hospitalında Uşaq Cərrahiyyəsi şöbəsində uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov və uşaq cərrahı Toğrul Piriyev tərəfindən 0-18 yaş arası uşaqların boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurları əməliyyat olunur, endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr, sistoqrafiya, bağırsağın və qida borusunun rentgenoloji müayinələri həyata keçirilir. Uşaq cərrahiyyəsində nadir anadangəlmə inkişaf qüsurları, qida borusu atreziyaları, sidik kanalı darlıqları, nadir inkişaf anomaliyası olan kloaka anomaliyası, bağırsağın müxtəlif atreziyaları, omfalosel, sidik kisəsinin ekstrofiyası kimi mürəkkəb uroloji əməliyyatlar müasir protokollara uyğun olaraq açıq və laparoskopik üsulla uğurla icra olunur. 

Yenidoğulmuş uşaqlarda qida borusunun atreziyası, onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası, anusun atreziyası, anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi, böyrəklərin anadangəlmə inkişaf qüsurları, sidik kisəsi xəstəlikləri, sidik kanalının anadangəlmə darlıqları, epispadia - sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması, kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi, ağciyərlərin anadangəlmə kistik xəstəlikləri qaraciyər-öd yolları, öd kisəsi, mədaltı vəz, dalağın və digər xəstəliklər cərrahi üsul ilə sağaldılır. 

Qürurverici haldır ki, sidik axarının laparoskopik Reflüks əməliyyatı ölkəmizdə ilk dəfə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilib. Uşaq Cərrahiyyəsi şöbəsində cərrahi problemlərlə yanaşı, uşaqların uroloji və bəzi qastroentoloji xəstəlikləri də - xroniki qəbizlik, anal fistula və abseslər, qastroezofaqial reflüks xəstəliyi, sidik qaçırmaları, nəcis qaçırmaları və digər ciddi xəstəliklər şöbənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən uğurla müalicə olunur.

Yenidoğulmuş uşaqların cərrahi xəstəlikləri:

Qida borusunun atreziyası

Onikibarmaq bağırsaq və digər bağırsaq hissələrinin atreziyası

Anusun atreziya

Hirschsprung xəstəliyi

Qastroşizis

Onfolosel kimi anadangəlmə inkişaf qüsurlarının aradan qaldırılması

Yenidoğulmuş uşaqlarda anadangəlmə qarın içi kistaların cərrahi müalicəsi

Hemangiomalar və Lenfangiomaların əməliyyatsız müalicə edilməsi

Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri

Qaraciyər-öd yolları,öd kisəsi, mədaltı vəz,dalağın cərrahi xəstəlikləri  


Uşaqlarda rastgəlinən uroloji problemlər:

Böyrəklərin anadangəlmə inkişaf qüsurları,

Hidronefroz, sidik axarındaki anadangəlmə darlıqlar

Sidik kisəsi xəstəlikləri,sidik kanalının anadangəlmə darlıqları

Hipospadiya xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının alt hissəsində sonlanması

Epispadia xəstəliyi-Sidik kanalının cinsiyyət orqanının üst hissəsində sonlanması

Sünnət

Oğlan uşaqlarinda xarici cinsiyyət üzvünün anomaliyaları(əyri olması, çox qısa olub piy toxuması ilə əhatə olunması)

Uşaqlarda kriptorxizim-xayanın xayalığa tam şəkildə enməməsi (Qasıq yırtıqları, Hidrosele,  Kordon kistaları, Göbək yırtıqları)


Uşaq cərrahiyyəsi sahəsində müalicə edilən xəstəliklər:

Xroniki qəbizlik

Anal fistula və apseslər

Gastroözofagial reflüks xəstəliyi

Vezikoüretral reflüks xəstəliyinin müalicəsi

Sidik qaçırmaları

Nəcis qaçırmaları

Təkraredən sidik yolları infeksiyalarının müalicəsi


Uşaqlarda təcili vəziyyətlər:

Yad cisim udulması və yad cisim aspirasiyası, yandırıcı maddələrin içilməsi

Apendisit, İnvaginasiya,(bağırsaq keçməməzliyi)

Boğulmuş yırtıqlar

Bağırsaq burulmaları( volvulus

Xayanın xayalıqda burulması

Pnevmotoraks

Hemotoraks

Mədə və bağırsaq qanamaları


Uşaqlar üçün endoskopiya xidmətləri:

Qastroskopiya ilə mədədən yad cisim çıxardılması, gastroözofagial reflüks xəstəliyində və qastrit-duodenitlərdə diaqnoz qoyulması və qastroskopiya ilə mədədən, onikibarmaq bağırsaqdan biyopsiyalar alınması.

Özofaqoskopiya ilə qida borusu darlıqlarında balon ilə dilatasiya, portal hipertenziya xəstəliyində qida borusundaki varikozların endoskopik müalicəsi. Qida borusu yanıqlarına, darlıqlarına özofaqoskopiya ilə diaqnoz qoyulması, qida borusundan yad cisimlərin çıxardılması.

Bronxoskopiya ilə bronxlardan yad cisim çıardılması və xroniki ağciyər xəstəliklərinə diaqnoz qoymaq üçün bronxoalveoler maye alınması.

Kolonoskopiya ilə polip çıxardılması, rektal qanamalarda kolonoskopiya.

Sistoskopiya ilə sidik kanalı, sidik kisəsi və sidik axarlarının xəstəliklərində diaqnoz qoyulması. Vezikoüreteral reflüks xəstəliyində sistoskopiya ilə gel müalicəsi.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment