1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


4SİM fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandırıb
29.01.2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə qurumun ötən il ərzində fəaliyyəti, Dünya İqtisadi Forumu ilə birgə reallaşdırılan layihə və təşəbbüslər, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

Bildirilib ki, 4SİM, həm də Dünya İqtisadi Forumunun (DİF) dünya üzrə mövcud 22 dördüncü sənaye inqilabı (4Sİ) mərkəzindən biri olmaqla yanaşı, MDB-də yeganə bu cür mərkəzdir. 4SİM DİF ilə 3 əsas istiqamətdə fəaliyyət göstərir: süni intellekt, maşın öyrənməsi, əşyaların interneti və rəqəmsal ticarət. Bu çərçivədə ötən il 4 startapın Çində keçirilən Yay Davos Forumunda iştirakına dəstək verilib.

Bununla yanaşı, 4SİM 2023-cü ildə 50-dən çox təşəbbüs, 30-dan artıq yerli və beynəlxalq tədbirdə təşkilatçı və tərəfdaş qismində iştirak edib. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində 4Sİ texnologiyalarının milli iqtisadiyyatda tətbiqinə dair uğurlu həllər, kənd təsərrüfatı, sənaye, səhiyyə, dövlət satınalmaları, media və  təhsil sahəsində tətbiqinə dair 8 tədqiqat sənədi hazırlanıb.

Məlumat verilib ki, rəqəmsal əkiz (digital twin), Azərbaycan dilində süni intellekt platforması (GenAI) və Müasir Texnologiyalar Mərkəzinin yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb.

Mətbuat konfransında Generativ Süni İntellekt əsaslı “4SİM çatbotu”, “Gömrükdə 4Sİ həlləri”, “Azərbaycan güləşçiləri üçün rəqəmsal həllərin tətbiqi ilə onların rəqabət üstünlüklərinin gücləndirilməsi” layihələrinin icrası ilə bağlı da məlumat verilib.

Diqqətə çatdırılıb ki, 4SİM elm və sənaye klasterinin formalaşdırılmasında fəal iştirakçıdır. Qurum ötən ilin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçirilən İnMerge İnnovasiya sammitinin 3 əsas tərəfdaşından biri olub. Sammit çərçivəsində SOCAR və “Paşa Holdinq” şirkətlərinin iştirakı ilə startap ekosisteminin inkişafına dəstəklə bağlı qurumlararası əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin, sənayenin rəqəmsal transformasiyası məqsədilə “SOCAR Polymer” və “AzerGold” şirkətləri üçün “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SİRİ) layihəsi uğurla icra edilib.  

“Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində “4Sİ Akademiyası” layihəsi uğurla reallaşdırılıb. Layihə çərçivəsində dünyanın aparıcı universitetlərinin və şirkətlərinin 800-ə yaxın kurs və təlimi ödənişsiz təqdim edilib. İndiyədək 4000 nəfər bu kurs və təlimlərdən yararlanıb. “Coursera” ilə əməkdaşlığın bu il də davam etdirilməsi planlaşdırılır.

4Sİ istiqamətində maarifləndirmə məqsədilə il ərzində fərqli auditoriyalar (universitetlər, dövlət qurumları, özəl sektor) üçün 3 dəfə “4SİM Talks” tədbiri keçirilib. Tədbirlərə 600 nəfərdən çox iştirakçı qatılıb.

4SİM həm də gənclərin inkişafı istiqamətində fəal olub. Belə ki, 2023-cü ildə 9 fərqli universitetdən 50 tələbə 4SİM-in layihələrində təcrübə keçib, 4Sİ texnologiyaları sahəsində araşdırmalarda iştirak edib.

Vurğulanıb ki, 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində milli iqtisadiyyatın müxtəlif sektorlarında “yaşıl” texnologiyalardan istifadənin təşviqi, bu istiqamətə aid startaplara dəstək diqqət mərkəzində olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment