1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Səbinə İbrahimova Tibbi Laboratoriyanın rəisi təyin olunub
09.01.2024

Mərkəzi Gömrük Hospitalının həkim-laborantı, t.f.ü.d., Dr.Səbinə İbrahimova 8 yanvar 2024-cü il tarixindən etibarən Tibbi Laboratoriya şöbəsinin rəisi təyin olunub. Dr.Səbinə İbrahimova2020-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-laborant kimi fəaliyyət göstərir. O, öz peşəkarlığı və səmimiyyəti ilə Mərkəzi Gömrük Hospitalının kollektivinin və pasiyentlərin böyük rəğbətini qazanıb.

Dr.Səbinə İbrahimova Mərkəzi Gömrük Hospitalının Molekulyar mikrobiologiya sahəsində Real Zaman PZR modifikasiya üsulu vasitəsilə kəmiyyət və keyfiyyət nəticələri verən diaqnostik testlərin həyata keçirilməsi, COVİD-19 diaqnostikası, hepatitlərin mürəkkəb genotiplərinin müəyyənləşdirilməsi, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II, mikoplazma və virus və bakteriya etiologiyalı bir sıra başqa infeksiyaları PZR analizin köməyi ilə təyin edilməsi ilə məşğuldur.

Dr.Səbinə İbrahimova 1997-ci ildə Bakı Dövlət Universitetinin tibbi biologiya fakültəsini bitirmişdir. 2004-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-mikrobioloq kimi, 2017-2020-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində Molekulyar-biologiya laboratoriyasının müdüri kimi çalışmışdır. O, öz üzərində daim çalışan, tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. O, 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” adına, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin xidmətdə əldə etdiyi müvəffəqiyyət, qüsursuz xidmət və digər nailiyyətlərinə görə Fəxri fərmana layiq görülmüşdür.

Yeni təyinatı münasibətlə Dr.Səbinə İbrahimovanı təbrik edir, ona bu məsul işində uğurlar diləyirik!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment