1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və tibbi reabilitasiya şöbəsində müalicə müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçir
09.01.2024

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və tibbi reabilitasiya şöbəsində müalicə müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalının ən müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya və tibbi reabilitasiya şöbəsində yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə fizioterapevtik prosedurları təqdim edir. Şöbədə sinir sistemi, Parkinson xəstəliyi, üz iflicinin,  beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ xəstəliklərinin, sümük xəstəliklərinin, nevroloji, yaşa bağlı ortopedik xəstəliklərin müalicəsi uğurla həyata keçirilir.

Dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış şöbənin yüksəkixtisaslı tibb personalı tərəfindən  ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, balneoterapiya, osteopatiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biorezonans, limfodrenaj və zərbə dalğa terapiyası  kimi prosedurlar icra edilir.

Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin peşəkar tibb personalı hər bir xəstəyə fərdi yanaşır. Onların məqsədi müalicədən sonra xəstəliyin növündən və dərəcəsindən asılı olaraq istənilən nəticəni əldə etməkdir.

Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Bu xəstəlik həm erkən yaşlarda, həm də oturaq həyat tərzi keçirən gənc və yaşlı insanlarda dayaq hərəkət sistemində, onurğa sütununda problemlər yaradır. Fizioterapiya şöbəsində skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə edilir. Əsas müalicə üsulu Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə geniş istifadə olunan  alman mütəxəssisi  Katarina Schroth tərəfindən hazırlanmış Schroth  üsulu ilə müalicədir. Bu müalicə metodunda 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilir.

Müalicədən əvvəl həkimlər  hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Cərrahi müdaxilə tələb edən xəstəliklərdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozğunluqları, əzələ və sümük zəifliyi, insult sonrası pozğunluqlar və beyin zədələri fiziki müalicə ilə aradan qaldırılır.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment