1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova
07.01.2024

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Həkim məsləhəti” rubrikasında “Təngnəfəslik” mövzusunda ətraflı məlumat verib. 

Təngnəfəslik insanda hava çatışmazlığı ilə xarakterizə edilir. Bu, insanlar arasında yayılmış bir şikayət olub, bir çox səbəblərdən əmələ gəlir. Səbəblərin bəziləri fizioloji olub sağlam insanlarda fiziki aktivlik, həyəcan, stress zamanı yaranaraq heç bir həkim müdaxiləsi olmadan keçib gedir. Digər hallarda isə dərhal həkimə müraciət olunmalı vətəcili yardım göstərilməlidir.

Gəlin, müxtəlif xəstəliklər səbəbindən yaranan təngnəfəslik hallarını araşdırmağa çalışaq. Əvvəla, təngnəfəslik kəskin, yəni ani olaraq yaranıb bir neçə saat, hətta bir neçə gün davam edə bilir. Bu halın səbəbləri çox müxtəlifdir: allergiya nəticəsi olaraq angeonevrotik ödem, bronxial astma tutması, ağciyər tromboemboliyası, kəskin miokard infarktı, travma nəticəsində plevra boşluğuna toplanan hava, yəni pnevmatoraks və s. Bu ciddi və hayati təhlükə yaradan hallar təcili aradan qaldırılmazsa, xəstənin ölümü ilə nəticələnə bilər. 

Lakin uzun aylar və illər davam edən, həyat üçün anidən təhlükə yaratmasa belə, həyat keyfiyyətini aşağı salan xroniki təngnəfəslik halları da az deyil. 

Ürək-qan damar sistemi ilə bağlı olan xəstəliklər:Xroniki ürək çatışmazlığı;Anemiya;Kardiomiopatiya;Miokardit, endokardit, perikarditlər.

Tənəffüs sistemi ilə bağlı xəstəliklər:Xroniki bronxit;ACXOX (ağciyərin xroniki obstruktiv xəstəliyi);BA (bronxial astma);Pnevmoniyalar;Ağciyər ödemi;Plevritlər;Vərəm;Ağcyərın bədxassəlı törəmələri və s. 

Xroniki təngnəfəsliyin  ürək və ağciyərlərlə bağlı olmayan səbəbləri də az deyil. Bəzi dərman vasitələri, məsələn yüksək xolesterinə görə təyin edilən statinlər, ürək ritminə təsir edən b-blokerlər təngnəfəsliyə səbəb ola bilər. Bədən kütlə indeksinin yüksək olması, yəni piylənmə, nevrasteniya, travma nəticəsində baş verən qabirğa sınığı, oturaq həyat tərzi, miasteniya (irsi əzələ zəifliyi) təngnəfəsliyin (dispnoe) yaranmasına şərait yaradır. 

Təngnəfəslik kimi ciddi simptomu yaradan səbəbləri araşdırıb aradan qaldırmaq üçün həkimə müaraciət etməniz məsləhətdir. Ümumiyyətlə isə, sağlam həyat tərzi, idman, artıq çəkidən azad olmaq və tütündən imtina etmək bir çox xəstəliklərdən, eləcədə təngnəfəslikdən xilas olmağa yol açır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment