1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları üçün təlimlər keçirilib
29.12.2023

26 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları üçün “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, “Vaxtın idarə edilməsi”  və  “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili,Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri, Təcili Tibbi Yardım və digər şöbələrin iş prosesində insanlarla təmasda olan əməkdaşları iştirak ediblər.

Tədbiri açılışı sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev keçirilən mövzuların Dövlət Gömrük Komitəsindən daxil olmuş 3-33/3-2-00007/2023 göstərişə əsasən Komitə aparatının struktur bölmələri, Komitə strukturuna daxil olan gömrük orqanları və qurumların əməkdaşları üçün davamlı olaraq keçiriləcəyi barədə, eləcə də  əməkdaşların işgüzarlığının artırılmasında bu təlimlərin əhəmiyyətdən danışıb. 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının psixiatrı, t.ü.f.d., Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssis Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, PR üzrə mütəxəssis Dilara Zamanova “Vaxtın idarə edilməsi” və uzman psixoloq Mahirə Pənahlı “İş mühitində effektiv ünsiyyət” mövzularında  təlimlər aparıblar. Təlimdə stressin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri, effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti, ünsiyyətin növləri və digər mövzularda ətraflı məlumat verilib.

Təlim tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təlim iştirakçıları mövzular ətrafında geniş müzakirələr aparıblar. Tədbirin sonunda Xəstə Xidmətlərinin rəisi Gülşən İmanova təlimçilərə və təşkilatçılara təşəkkürünü bildirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment