1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib
29.12.2023

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır.

Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda,  virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır.

Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə (www.e-taxes.gov.az) istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq.

“Asan İmza” “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, dövlət və özəl sektorda 2000-dən çox elektron xidmətdə fəal istifadə edilir. Bugünə qədər 3 milyondan çox “Asan İmza” sertifikatı verilib və 300 milyondan çox tranzaksiya icra edilib.

Dövlət Vergi Xidməti həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün keyfiyyətli xidmətlərin göstərilməsinə, vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə beynəlxalq standartlara riayət olunmasına xüsusi diqqət yetirir. İnternet Vergi İdarəsinə daxil olmağın "Asan İmza" vasitəsilə mümkün olması tələbi də vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinə və mühafizə tələblərinə uyğun saxlanılmasına xidmət edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment