1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Naftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirilib
28.12.2023

Naftalanda sağlamlıq turizminin inkişafına dair tədbir keçirilib 

Ölkəmizin sağlamlıq turizmi sahəsində geniş imkanlara malik olduğu nəzərə alınaraq, bu sahədə potensialın reallaşdırılmasında özəl sektorun iştirakının genişləndirilməsi, eləcə də sahibkarların təkliflərini və gözləntilərini öyrənmək üçün Naftalan şəhərində tədbir keçirilib. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq turizminin inkişafı: mövcud vəziyyət və potensial biznes imkanları” mövzusunda tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. 

Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Elnur Məlikzadə turizmin, o cümlədən sağlamlıq turizminin ölkə iqtisadiyyatının prioritet sahələrindən olması, bu sahədə Naftalan şəhərinin xüsusilə seçilməsi barədə fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Naftalanda 20-ə yaxın sanatoriya, kurort və mehmanxana fəlaliyyət göstərir. Hər il minlərlə insan müalicə üçün Naftalana gəlir. Naftalana MDB, yaxın və uzaq regionlardan maraq göstərənlərin sayı da ildən ilə artır. Bu isə turizm şirkətləri üçün koorporativ təkliflər formalaşdırmağa və bölgələrarası müxtəlif turizm marşurutlarının yaradılmasına imkan verir. Naftalandakı sağlamlıq mərkəzləri təkcə turizmin inkişafında deyil, həm də digər sektorlarda, xüsusilə ictimai iaşə və xidmət sahələrində çalışan çoxsaylı KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsində, şəhərin ümumi iqtisadi inkişafında, məşğulluğun artırılmasında da əhəmiyyətlidir.

Tədbirdə həmçinin, kadr ehtiyatlarının çatışmazlığı və bu istiqamətdə çətinliyin həlli yollarına, sağlamlıq turizminin genişləndirilməsində sığorta şirkətlərinin fəaliyyətinə, bu sahədə koorporativ əməkdaşlığın inkişafına, turizm bazarında marketinqə, xidmət çeşidinin və keyfiyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb.    

Qeyd edilib ki, tədbir çərçivəsində qaldırılan məsələlər və formalaşan təkliflər gələcəkdə KOBİA ilə Dövlət Turizm Agentliyinin müvafiq sahədə birgə təşəbbüslərinin həyata keçirilməsi zamanı nəzərə alınacaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment