1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABA-nın prezidenti Zakir Nuriyev “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda keçirilmiş təqdimatda çıxış edib
27.12.2023

Dekabrın 26-da Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanının icrası ilə bağlı görülən tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə Məhkəmə Ekspertizası Mərkəzinin mühüm rolunu qeyd edib.

Mərkəzin rəisi Elçin Qasımov qurumun tarixi, fəaliyyət istiqamətləri, müasir imkanları və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşdırılması, ədliyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə hazırlanmış ekspertizaların icra vəziyyətini izləməyə və nəticələri barədə məlumatlar əldə etməyə imkan verən yeni elektron xidmətin təqdimatı keçirilib, onun funksionallığı əyani nümayiş etdirilib.

ABA-nın prezidenti Zakir Nuriyev rəhbərlik etdiyi təşkilatın Ədliyyə Nazirliyi arasında olan işgüzar əməkdaşlıq, konstruktiv dialoq və tərəflərin birgə fəaliyyətinin əhəmiyyətindən danışaraq bu əməkdaşlığın 2019-cu ildə baş tutmuş görüşdən sonra daha da uğurla davam etdirildiyini vurğulamışdır.

“Artıq illərdir davam edən bu əməkdaşlıq çərçivəsində hazırda tərəflər arasında yaradılmış 3 İşçi qrupu uğurla fəaliyyət göstərir, bütün elektron layihələrdə ABA üzv banklarımız fəal iştirak edirlər. Bu İşçi Qruplardan biri də Mərhəmə Ekspetizası ilə bağlı İşçi Qrupudur. Mərkəzin sədri cənab Elçin Qasımovun rəhbərliyi ilə bu əməkdaşlıq daha da yüksək səviyyədə inkişaf etmiş, mərkəzin müasir avadanlıqlarla təmin edilməsi  və xüsusi biliyə malik ekspertlərlə komplektləşdirilməsi ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına mühüm köməklik göstərmişdir”,  – deyə ABA-nın prezidenti qeyd edib.

Zakir Nuriyev öz çıxışı zamanı bunları bildirib “Məhkəmə ekspertizası fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqi, xüsusən də bu gün təqdimatı baş tutan Mərkəzin informasiya resursunun yaradılması banklar üçün mərkəzə daxil olun məhkəmə ekspertizalarının icra vəziyyətini yoxlamağa imkan verəcək elektron xidmət, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir”.

Tədbir zamanı həmçinin, məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tələbindən irəli gələrək hazırlanmış Məhkəmə Ekspertlərinin Reyestri, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri və Məhkəmə ekspertizasının metodik fondunun mahiyyəti və əhəmiyyəti barədə təqdimat keçirilib. Diqqətə çatdırılıb ki, Nazirlik tərəfindən yaradılan elektron resursların informasiya təminatı Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq ekspertiza idarələrinin məlumatları əsasında formalaşıb.

Tədbir iştirakçıları ekspertiza sahəsində tətbiq olunan rəqəmsal innovasiyaları maraqla qarşılayaraq bu yeniliklərin ekspertiza fəaliyyətində şəffaflığın və operativliyin artırılmasına, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasına xidmət edəcəyini vurğulayıblar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment