1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi
20.12.2023

Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyət üçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərək minlərlə insana maddi və mənəvi  dəstək göstərən Qırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam oldu. Fond ötən gün bu münasibətlə dostlarını “Ürəksən” adlı  tədbirdə qonaq etdi. 

Kapital Bank-ın nümayəndələri, donorlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyeva açdı. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin hesabatını təqdim etdi. Daha sonra Fondun fəal üzvləri il ərzində layihələrdə göstərdikləri dəstəyə görəxüsusi təşəkkürnamələrlə təltif edildi. Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyən və ianələrlə daimdəstək göstərən donorlaraplaketlər təqdim edildi. 

Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətraf mühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələr icra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var. 

Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna 31430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlər hesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstək göstərilib.

“RedHearts” - Qırmızı ÜrəklərFondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxahişlər, gələcəkplanları və digərmaraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxilolubianələretməkolar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment