1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank və Global Climate Partnership Fund Azərbaycanda yeni “yaşıl iqtisadiyyat“ təşəbbüsünə start verirlər
14.12.2023

Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan AccessBank  və responsAbility Investments AG  tərəfindən idarə edilən Global Climate Partnership Fund S.A  arasında 8,5 milyon AZN dəyərində kredit razılaşması imzalanıb.    

Müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək.  

Beşillik proqram, AccessBank-ın “yaşıl kredit” imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda “yaşıl layihələrə” yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir.

 “AccessBank olaraq Global Climate Partnership Fund S.A. təşkilatı ilə imzalanan müqavilə əsasında Azərbaycanda yenilik etməyimizdən çox məmnunuq.  Bu addım bizim maliyyə dayanıqlığına sadiqliyimizi əks etdirməklə, Azərbaycanda ”yaşıl təşəbbüslərin”  imkanlarının  genişləndirilməsi və ekoloji sabitliyin təmin edilməsinə imkan verir”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirdi.  

“Azərbaycanın “yaşıl iqtisadi” transformasiyanı sürətləndirmək öhdəliyi ölkəni karbonsizləşdirmə və iqtisadiyyatın şaxələndirilməsinə doğru aparması gözlənilən bir sıra iqlim siyasəti islahatlarının başlanmasına səbəb olub. AccessBank-ın innovativ baxışı və iqlimə uyğun kreditləşmə həllərini genişləndirmək öhdəliyi ilk görüşdən bizi heyran etdi. Bankın MKOB seqmentlərində güclü mövqeyi Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaları stimullaşdırmaq üçün unikal platforma təqdim edir. Biz bankın “yaşıl kredit” səyahətini dəstəkləmək üçün fərdi məsləhətlər və texniki yardım təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə responsAbility Investments AG-nin Maliyyə İnvestisiyaları və İqlim Maliyyəsi departamentinin rəhbəri Daid Diaz Formidoni bildirib.

Gözləntiləri nəzərə alaraq, AccessBank və Global Climate Partnership Fund (GCPF) arasında əməkdaşlıq həlledici rol oynayır. Baş ofisi Lüksemburqda yerləşən, responsAbility Investments AG şirkəti tərəfindən idarə edilən GCPF 2009-cu ildə Almaniyanın Federal Ətraf Mühit Nazirliyi, KfW Entwicklungsbank və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yaradılmış fonddur. Dövlət və özəl sektorların  tərəfdaşlığını təmin edən GCPF,  enerji effektivliyi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi vasitəsilə yeni yaranan və inkişaf edən bazarlarda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə məşğuldur. Fond, enerjiyə əhəmiyyətli dərəcədə qənaət etməkl yanaşı,  istixana qazlarının proqnozlaşdırılan tullantılarının ən azı 20% azaldılmasına yönəlmiş təşəbbüslərə hədəflənib.        

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment