1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr. İlqar Tahiroğlu “İrəliləmiş ürək çatışmazlığının menecmenti” mövzusunda çıxış edəcək
13.12.2023

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 22 dekabr 2023-cü il tarixində saat 15.00-da “İrəliləmiş ürək çatışmazlığının menecmenti”  mövzusunda təqdimatla çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının kardioloqları, təcili yardım həkimləri, müxtəlif tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər. Dr. İlqar Tahiroğlunun seminarı Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). 

DR.İLQAR TAHİROĞLU Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral klip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapadılması, ASD qapadılması, karotis stent və ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur.

Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramında iştirak etmişdir. 

2021-2022-ci ci ilin 1 aprel tarixində özəl tibb müəssisəsində Kardiologiya bölməsinin rəhbəri kimi əmək fəaliyyətinə başlayan Dr.İlqar Tahiroğlu 2022-ci ilin 11 may tarixindən “Fetal Mərkəz NS Genetiks” MMC-də həkim-kardioloq kimi çalışmışdır. Dr. İlqar Tahiroğlu 28 iyun 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq kimi fəaliyyət göstərir. 

O, 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllim kimi çalışır. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment