1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqı Nümayəndəliyi FantazEU Mədəni İrs Festivalını keçirir
12.12.2023

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 12-24 dekabr 2023-cü il tarixlərində dördüncü dəfə “FantazEU” Mədəni İrs Festivalını təşkil edir. Festivalın məqsədi Azərbaycanda Avropanın mədəni müxtəlifliyini təbliğ etmək və Aİ ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr qurmaqdır.

FantazEU Festivalı Avropa İttifaqına Üzv Dövlətləri ilə tərəfdaşlıqda, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç Səfirliklərinin, eləcə də Gənc Avropa Səfirlərinin fəal iştirakı ilə təşkil olunacaqdır

“Mədəniyyət bizə inam və qarşılıqlı anlaşma qurmağımıza kömək edir. Bu, həm də ölkələr arasında əlaqələri qorumağa, yaxşı münasibətləri təşviq etməyə yardım edir. Biz inanırıq ki, mədəniyyət və təhsil sahəsində əlaqələrin qurulması indi əvvəl olduğundan daha vacibdir. Aİ və ona Üzv Dövlətlərin mədəni müxtəlifliyi dəstəkləmək və onu qorumaq öhdəliyinə sadiq qalmaları təsadüfi deyildir. FantazEU Festivalı Avropanın mədəni müxtəlifliyini nümayiş etdirmək və Azərbaycan vətəndaşlarına təqdim etmək fürsəti verəcək. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq kimi də vacibdir”, - deyə Aİ Səfiri Peter Mixalko bildirib.  

Festivalın proqramına bir sıra sərgilərin, rəssamların iş başında izlənməsi vorkşoplarının və şəhər turlarının təşkil olunması daxildir. 12-16 dekabr tarixlərində davam edəcək “Avropanın Qalaları” sərgisində Avropa İttifaqının 16 ölkəsində yerləşən Avropa qalalarının fotoşəkilləri nümayiş etdiriləcək. 20-24 dekabr tarixlərində keçiriləcək “Avropanın rəngləri” sərgisində Azərbaycandan olan qadın rəssamların Avropa mövzusunda yaratdığı əsərlər nümayiş etdiriləcək. Sərgilər İçərişəhərdə Qəsr küçəsi 27 ünvanlı Nur Art House Qalereyasında keçiriləcəkdir. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopu və Avropa şəhərlərindən onlayn şəhər turları təşkil olunacaq. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ Facebook səhifəsindən son məlumatları əldə etmək olar.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən müqavilə əsasında Arts Council təşkilati dəstək göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment