1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır
12.12.2023

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk dəfə olaraq özünün internet səhifəsində həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin (https://www.cbar.az/home/chart?language=az) dərcinə başlayır. Gəlirlilik əyrisi hər iş həftəsinin ilk günündə saat 16.00-dək açıqlanacaqdır.

Gəlirlilik əyrisi milli valyutada dövlət istiqrazlarının ilkin və təkrar bazarda baş tutan əqdləri üzrə müşahidələr əsasında qiymətləndirilir. Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə istiqrazın gəlirliliyini əks etdirən mühüm maliyyə bazarı göstəricisidir. Bu göstərici bazar iştirakçılarının faiz dərəcələri, pul siyasəti ilə əlaqədar qərarlar, inflyasiya, habelə iqtisadi artımla bağlı gözləntilərini əks etdirir. Gəlirlilik əyrisi investorlar üçün risklərin, həmçinin gəlir və itkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, gəlirlilik əyrisində olan faizlər investorlar üçün istinad (risksiz faiz dərəcələri) hesab olunur. Bununla yanaşı iqtisadi göstəricilərin proqnozlaşdırılması, pul siyasətinin transmissiyasının effektivliyinin qiymətləndirilməsi zamanı gəlirlilik əyrisinin forması önəmli məlumat mənbəyidir.

Gəlirlilik əyrisi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir. Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də Mərkəzi Bankın internet səhifəsində yayımlanacaqdır.

Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması həyata keçirilir. Qeyd edək ki, gəlirlilik əyrisinin qiymətləndirilməsi zamanı tətbiq olunan model və istifadə olunan müşahidələrə dair beynəlxaq qurumların ekspertlərinin rəyi də nəzərə alınmışdır.

Gəlirlilik əyrisinin metodoloji izahı - https://uploads.cbar.az/press-releases/7fb3c77636a4b62b5cb13bd7f.pdf 


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment