1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib
12.12.2023

İqtisadiyyat Nazirliyində “Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda keçirilən dəyirmi masada Ulu Öndərin dövlət qulluğunun milli modelinin formalaşmasındakı əvəzsiz xidmətlərindən danışılıb.

İqtisadiyyat Nazirliyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib. 

Adiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili  qeyd edib ki, Azərbaycanda Ulu Öndərin əziz xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir. Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Tədbirdə Ümummilli Liderin dövlət qulluğunun milli modelinin formalaşması və təkmilləşdirilməsi istiqamətindəki xidmətlərindən danışılıb.

Vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə dövlət qulluğunun səmərəliliyinin artırılması ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib, dövlət qulluqçularının potensialından səmərəli istifadə olunmasına başlanılıb. Uğurla davam etdirilən kadr siyasəti müasir bilik və bacarıqlara malik dövlət qulluqçularının formalaşmasına zəmin yaradıb.

Dəyirmi masada müasir çağırışlara uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli insan resurslarının inkişafı istiqamətində həyata keçirilən siyasət və görüləcək işlər müzakirə edilib.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment