1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda uşaqlar arasında şeir müsabiqəsi keçirilib
11.12.2023

9 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev - 100 il” mövzusunda uşaqlar arasında şeir müsabiqəsi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar və uşaqlar iştirak ediblər. 

Tədbirdə “Ulu öndər Heydər Əliyev və uşaqlar” mövzusunda çarx nümayiş olunub. Ümummilli lider deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Şeir müsabiqəsinin rəsmi hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov  və  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir, bu istiqamətdə daim genişmiqyaslı işlər görülür. 

Daha sonra Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının uşaqları Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Münsiflər heyəti tərəfindən seçilən birinci, ikinci və üçüncü yerlərin qaliblərinə Libraff mağazalar şəbəkəsindən hədiyyə kuponları  və təltifnamələr təqdim edilib. 

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Tədbir kollektiv şəklin çəkilməsi ilə başa çatıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment