1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ, O CÜMLƏDƏN İNFARKTLAR NİYƏ CAVANLAŞIR?
11.12.2023

Mərkəzi Gömrük Hospitalının rəis müavini, həkim-kardioloqu, t.ü.f.d., Dr.Nabil Seyidov “Ürək-damar xəstəlikləri, o cümlədən unfarktlar niyə cavanlaşır?” mövzusunda ətraflı məlumat verib. 

Artan dəlillər göstərir ki, onilliklərlə müqayisədə daha çox gənc yaşlı insan ürək xəstəliyindən əziyyət çəkir və pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmaması bunun əsas səbəbləri sırasındadır. Və bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilmişdir.

Bəlkə də ən narahatedici tendensiya odur ki, daha yaşlı insanlar arasında azalmalara baxmayaraq, gənc yaşlı şəxslər arasında infarktların nisbəti bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20 - 50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən də, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli dövrdə ölkələr üçün ciddi problemlər törədəcəkdir. 

Fürsətdən istifadə edərək, xatırlatmaq lazımdır ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri çox müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir. 

Əsrlər boyu bildiklərimiz və son 50 ildə toplanan yeni sübutlar bir daha təsdiq edir ki, gənclər ürək tutması və ya infarktdan immunitetə malik deyillər, gənc və yaşlı şəxslərin miokard infarktına və insulta qarşı immuniteti yoxdur. Miokard infarktı artıq yalnız ahıl yaşlı, orta yaşlı insanların xəstəliyi deyil. Lakin, gənclər ÜDX-ləri və xüsusilə də infarkt və insult barədə məlumatsızdır. Son 20-30 ildə xüsusilə də, maarifləndirmə daha çox yaşı 40-50-dən yuxarı insanları əhatə edib. Maarifləndirməni, sağlam həyat tərzinin təşviqi fəaliyyətlərini və erkən birincili və ikincili profilaktik müdaxilələri daha gənc yaşlılara genişləndirməklə müşahidə edilən vəziyyətdə əhəmiyyətli dönüş yaratmaq mümkündür. 

Gənc yaşlı şəxslərdə infarktlar

Ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və əlbəttə ki, miokard infarktı kimi bir neçə vəziyyət səbəb olduğundan, həkimlərin gənc yaşlı şəxslər arasında daha çox rast gəlindiyini öyrənmək və müəyyən etmək çətindir.

Lakin araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. Ümumi simptomlara sinədə ağrı və ya narahatlıq; çənə, boyun, kürək və ya qollara yayılan ağrı; nəfəs darlığı; və zəiflik və ya halsızlıq hissi daxildir.

ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən 1-nin yaşı 40 yaş və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 

2019-cu ildə American Journal of Medicine-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin daha sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı daha yaşlı insanlarda olduğu qədərdir.

Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, məsələn, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün güşələrdə eyni olmasıdır. 

Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-da hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə yüksəlmişdir. 

Gənc yaşlı şəxslərdə hansı risk faktorlarına diqqət yetirilməlidir?

ÜST və o cümlədən, Azərbaycanda Səhiyyə Nazirliyinin İSİM-i və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatların bir çoxu göstərir ki, ÜDX-lərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır və məhz həyatın bu dövründə inkişaf edir. Bununla yanaşı, tədqiqatlar göstərir ki, infarkt keçirmiş gənc yaşlı şəxslərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub. 

Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər və vəziyyətlər hamısı oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir.

Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski 2 dəfə artmış olur. Və diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır. 

Digər tərəfdən, yüksək xolesterin və ya lipidlər səviyyəsi yüksək olan insanların sayını dəqiq biməsək də (çünki laborator analizlərə gənc yaşlı insanlar çox az cəlb olunur), həm genetik risklərin mövcudluğu, həm yarım-fabrikatlı qidaların istehlakının və kompüter qarşısında oturaq həyat tərzinin artması, tərəvəz qəbulunun azalması lipid pozuntularının daha çox yayılmış olduğunu düşünmək lazımdır. 

2020-2022-ci illər əlavə təhdidi ortaya qoymuşdur. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artmış və onların böyük qismi məhz 25-44 yaşların payına düşmüşdür.

Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha qatılaşmasına və tromboza meyilliyini artırır. Bu isə SARS-CoV-2-yə yoluxmuş insanlarda laxtalanmanın artması, damarların tıxanması və infarkt riskini yüksəltmiş olur. 

Tütünçəkmə və alkoqollu içkilərdən istifadə, müxtəlif narkotik maddələrdən, o cümlədən marixuanadan istifadə kimi digər amillər də gənc yaşlı insanlarda infarkt riskinin artması ilə əlaqələndirilib. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. 

Lakin, ailə həkimləri, terapevtlər və əlbəttə ki, kardioloqlar ürək xəstəliyi olan gənc yaşlı şəxsləri effektiv şəkildə qiymətləndirmək və müalicə etmək məsələlərini diqqətlərində saxlamalıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ÜDX “az və nadirdir” düşüncəsinin caynaqlarından qurtulmalıdır. 

Bir çox peşəkar cəmiyyətlərin tövsiyələrinə görə qanda lipidlərin səviyyəsinin ilk dəfə 15 yaşında, daha sonra isə hər 5 ildən bir yoxlanması qeyd olunsa da, buna riayət edən çox azdır. Digər tərəfdən, son illərdə risk faktorları və yanaşı xəstəlikləri olan, SCORE2 və ya SCORE2+diabetes xalı yüksək olan şəxslərdə lipidlərin səviyyəsinin daha aşağı saxlanması tövsiyəsinə də istəniləndən az hallarda nail olunur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment