1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir
06.12.2023

Ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərindən irəli gələn çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlərin cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Pul və maliyyə sabitliyi siyasətinin, maliyyə sistemində aparılan islahatların geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün müxtəlif mövzularında təlimlər keçirilir, tədbirlər təşkil olunur. Bu xüsusda Mərkəzi Bankın sədri Taleh Kazımovun media mənsubları ilə müntəzəm görüşləri keçirilir, burada jurnalistləri maraqlandıran məsələlər müzakirə olunur.

Bu prosesin davamı olaraq 5 dekabr 2023-cü il tarixində media nümayəndələri üçün növbəti təlim təşkil olunmuşdur. Təlimdə “Ödəniş sistemləri və Ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu” və “Gəlirlilik əyrisi” mövzularında təqdimatlar keçirilmişdir. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimdən sonra iştirakçıların sədr Taleh Kazımovla görüşü keçirilmişdir. Görüşdə jurnalistləri maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment