1 USD 1,7000    1 EUR 1,8908    1 RUB 0,0187    1 TRY 0,0630    XAU 3333,3260    XAG 41,8124    XPT 1640,5850    XPD 2196,5955   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir keçirilib
16.11.2023

25-26 noyabr tarixlərində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində keçiriləcək İkinci Üzüm və Şərab Festivalının hazırlıqlarına həsr olunan tədbir təşkil olunub.

20 şərab istehsalçısı olan müəssisələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə qonaqlara festival və şərab istehsalçılarının təqdim edəcəyi çeşidli məhsullar barədə məlumat verilib, şərabçıların yerləşmə mövqeyinə dair püşkatma mərasimi keçirilib.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

İki gün davam edəcək festival çərçivəsində şərab istehsalçılarının stendləri, şərab dequstasiyaları, yarmarkalar, musiqili-əyləncəli proqramlar və müxtəlif master-klaslar təşkil olunacaq. Festival ərazisi sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonalara bölünəcək. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, həmçinin bəyəndikləri məhsulları əldə edə biləcəklər.

Şərab festivalın qeydiyyat iticket.az saytı vasitəsilə həyata keçirilir. Ödənişsiz qeydiyyatdan keçən şəxslərin Bakıdan Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment