1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Mənsumə Talıbova: “İnsult - müalicəsi ən qısa müddətdə edilməli olan xəstəliklərdəndir”
24.05.2023

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya əhalisinin hər 1000 nəfərinə düşən insultların sayı 1-4 arasında dəyişir. Ölüm səbəbinə görə insult dünyada ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir.

Bütün insultların yarısı 70 yaşdan yuxarı insanlarda inkişaf edir. Bütün dünyada olduğu kimi, xəstəliyin get-gedə cavanlaşması son vaxtlar Azərbaycanda da müşahidə edilir. İnsultun insanlar arasında belə yayılmasının səbəblərini araşdırmaq üçün suallarımızı Mərkəzi Gömrük Hospitalının nevroloqu Dr.Mənsumə Talıbovaya ünvanladıq.

-Mənsumə həkim, işemik insult haqqında nə deyə bilərsiniz? 

- İşemik insult – beyin qan axınının kəskin pozulması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. 24 saatdan artıq davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında - ətraflarda uyuşma, qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitqin və görmənin pozulması, başgicəllənmə ilə özünü göstərir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur. 

- Son vaxtlar işemik insult hallarının artma səbəbləri hansılardır?

-İşemik insultun əsas səbəbləri ekologiyanın çirkləndirilməsi, keyfiyyətsiz qida məhsullarının, fast-foodların qəbulu, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, yüksək qan təzyiqi olduqda buna fikir verməmək və müalicə almamaq, stress hallarının gündəlik həyatımızda artması və s.-dir.  

-İnsultun əlamətləri hansılardır? İnsanlar səhhətlərində hansı narahatlığı hiss etdikdə həkimə müraciət etməlidir?

- İnsultun əlamətlərinə bir qolda və ya ayaqda, xüsusən də bədənin yalnız bir tərəfində ani uyuşma və zəiflik, ani qarışıqlıq, danışmaq və anlamaqda çətinlik çəkmə, bir və ya hər iki gözdə ani görmə itkisi, ani və səbəbi bilinməyən kəskin baş ağrısı, ani gəzinti çətinliyi, başgicəllənmə, tarazlıq və koordinasiya itkisi aiddir. Bu pozuntulardan narahatlıq hiss etdikdə, dərhal həkimə müraciət olunmalıdır.

-İnsultun risk faktorları barədə nə deyə bilərsiz?

-Yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterol səviyyəsi, bilinən ürək ritm pozğunluğu olan şəxslər risk qrupuna aiddir. Həmçinin, siqaret çəkmə, oturaq həyat tərzi, çəkisi çox olan, səhv yemək vərdişləri olan şəxslər də risk qrupundadır.

 İnsult xəstələrinin 75%-i 60 yaşında olan şəxslərdir. 60 yaşdan sonra hər 10 ildən bir bu risk iki dəfə artır.

Bu xəstəliyə 55 yaşdan yuxarı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Yaş artdıqca, qadınlarda insult nisbəti artır. Əvvəlki işemik insultdan və keçici bir insultdan sonra yeni bir insult riski olduqca yüksəkdir. 

-İşemik insultun müalicəsi varmı? Vaxtında müraciət etdikdə bu xəstəlikdən yan keçmək mümkündürmü?

-İnsult - müalicəsi ən qısa müddətdə edilməli olan xəstəliklərdəndir. Çünki, beyin damarı tıxandıqda beyin toxumasına ziyan başlayır. Müalicə etməyi gözlədiyiniz müddətdə bu zərər daha da genişlənir. Tıxanmış damar böyük olduqda və müalicə müddəti uzandıqda beyin zədələnməsi daha da artır. Tıxanan damarın qısa müddətdə açılması bütün bunların qarşısını alır və beyin toxumasındakı ziyanın genişlənməsinin qarşısını alır. İnsult nəticəsində beyin toxumasına dəyən ziyanı nə qədər çox məhdudlaşdıra bilsək, o qədər tez və daha sürətli bərpa edə bilərik. Bu səbəbdən, insultdan danışarkən, sürətli müalicə erkən və sürətli bərpa deməkdir.

Mərkəzi Gömrük Hospitalının nevroloqları tərəfindən işemik insult xəstəliyi müalicə olunur, müayinə və müalicələrdə ən müasir metodlardan istifadə olunur. 

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Dilarə Zamanova, 

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment