1 USD 1,7000    1 EUR 1,8029    1 RUB 0,0236    1 TRY 0,0907    XAU 2984,8175    XAG 32,7576    XPT 1509,3280    XPD 3642,8705   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda SWIFT İstifadəçilər Qrupunun nümayəndələri ilə görüş keçirilmişdir
22.05.2023

Mərkəzi Bank ölkədə ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsi məqsədilə banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərinin davamlı inkişafını və bu istiqamətdə beynəlxalq təşkilatlarla formalaşmış effektiv əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.

Bu xüsusda ölkəmizdə səfərdə olan SWIFT təşkilatının nümayəndə heyəti Mərkəzi Bankda olmuş, ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının və müvafiq maliyyə qurumlarının aidiyyəti nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupu ilə birgə görüş keçirilmişdir. Görüş zamanı ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO20022 beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri, SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırki və gələcək fəaliyyət proqramları, o cümlədən SWIFT-in komplayens həllərinin əsas xüsusiyyətləri, müştəri təhlükəsizliyi proqramının məqsəd və prinsipləri müzakirə olunmuşdur. Görüşdə SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin etibarlı, davamlı və təhlükəsiz ödəniş həllərinin təqdim edilməsi istiqamətində praktiki diskusiyalar aparılmışdır.

Qeyd edək ki, ölkədə rəqabətli, innovativ və əlçatan maliyyə xidmətlərinin formalaşdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin effektiv icrası diqqət mərkəzində saxlanılacaqdır.

 


     



09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
 
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment