1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı keçirilib
08.02.2023

Türkiyəyə Dəstək Məqsədilə Yaradılmış “Qardaş Köməyi” Platformasının Təqdimatı Keçirilib

Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Fevralın 8-i “Bakı KOB evi”ndə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş “Qardaş köməyi” platformasının təqdimatı keçirilib.

Azərbaycan sahibkarlarının, biznes assosiasiyaların və ictimai birliklərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidenti Məmməd Musayev, MÜSİAD Azərbaycan-ın rəhbəri Rəşad Cabirli, TÜİB-in sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin üzrə Rafiq Qarayev, Gəncliyə Yardım Fondunun sədri Ahmet Tecim və digərləri çıxış ediblər.

Qeyd olunub ki, bir millət, iki dövlət ruhuna uyğun olaraq, Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa hazırdır. Azərbaycanın biznes ictimaiyyəti də  yardım prosesində fəal iştirak edir, öz dəstəyini əsirgəmir.

Dünən gecə saatlarında operativ şəkildə yerli sahibkarlarımızın dəstəyi ilə isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım tırlara yüklənib. Növbəti mərhələdə Türkiyənin Azərbaycandakı Səfirliyi vasitəsilə bu tırlar Türkiyəyə göndəriləcək. Təqdirəlayiq haldır ki, dəstək prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb edirlər. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradılıb.

Sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli “Qardaş köməyi” platformasına dair təqdimatla çıxış edib, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün platformanın Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Bildirilib ki, platforma “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyət göstərəcək. R.Cabirli “Qardaş köməyi” platformasına qoşulmaq istəyənlər üçün açılmış bank hesabı, eləcə də əşya və s. yardımlar üçün ayrılmış yerlər barədə də məlumat verib.

Tədbir çərçivəsində “Qardaş köməyi” platformasına dair videoçarx təqdim edilib, platforma adından bəyanat səsləndirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment