1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Ülkər Məmmədova
08.02.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Ülkər Məmmədovanı Sizə təqdim edirik.

DR.ÜLKƏR MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında bioloji mayelərdə ümumi kliniki, biokimyəvi, immunoloji, seroloji, allerqoloji, koaquloji, farmakoloji, bakterioloji laborator müayinələrin aparılması və interpretasiyası ilə məşğul olur.

Dr.Ülkər Məmmədova 1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmiş, daha sonra 2002-ci ildə Rusiyanın Sankt Peterburq şəhərində Tibbi Akademiyada təhsili almışdır.                       

 Ülkər həkim 2001-2006-cı illərdə Medservis özəl tibb müəssisəsində həkim-mikrobioloq, 2006-2009-cü illərdə Nəsrəddin Tusi adına klinikada həkim-mikrobioloq kimi çalışıb. Dr.Ülkər Məmmədova 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında həkim-mikrobioloq kimi fəaliyyət göstərir.

Daim öz bilik və bacarıqlarını inkişaf etdirən Ülkər xanım  davamlı olaraq ölkə daxilində və xaricində keçirilən müxtəlif elmi tədbirlərdə iştirak edir. Dr.Ülkər Məmmədova 2003-cü ildə BioDPC şirkətinin təşkilatçılığı ilə “İmmulite One istifadəçi təlim proqramı”-nı uğurla bitirdiyinə görə sertifakla təltif olunmuşdur. Ülkər həkim 2011-ci ildə Türkiyədə Nesil Group şirkətinin təşkilatçılığı ilə “Anti-nükleer antikorların immünfloresan mikroskopta tədqiqatı” mövzusunda seminarda iştirak etmiş və həmin ildə Türkiyədə  Nesil group şirkətinin təşkilatçılığı ilə Diaqnostik avadanlıqların təlim kursunu keçmişdir. Ülkər həkim 2016-cı ildə “Mikrobioloji keyfiyyətə nəzarət laboratoriyalarında Merck həlləri” seminarında iştirak etmişdir. Dr.Ülkər Məmmədova 2017-ci ildə Bakterial İdentifikasiya cihazları proqramını uğurla başa vurduğuna görə sertikatla təltif olunmuşdur. 2018-ci ildə Azərbaycanda Nesil Group şirkətinin təşkilatçılığı ilə “Azərbaycan Mikrobioloji Simpoziumu”-da, 2022-ci ildə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda keçirilən elmi konfransda məruzəçi qismində iştirak etmişdir.

Dr.Ülkər Məmmədova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanına layiq görülmüşdür.

Ülkər həkim 1999-cu ildə Yeni Azərbaycan Partiyasına, 2018-ci ildə Mərkəzi Gömrük Hospitalında  İnfeksiya Kontrol Heyyətinə üzv olmuşdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment