1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı
07.02.2023

“Unibank”ın "Leobank" mobil bankçılıq xidməti və ölkənin innovativ investiya şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı nəticəsində, Azərbaycanda ilk dəfə yerli mobil bankçılıq tətbiqi üzərindən investisiya xidmətləri istifadəyə verilib.

Yeni xidmət investisiya şirkətinin ofisinə gəlmədən, investisiya hesabının açılması prosesinin sadələşdirilməsini əhatə edir.

“Leobank” mobil tətbiqinin istifadəçiləri “İnvestisiyalar” bölməsi vasitəsilə qlobal maliyyə bazarlarına çıxaraq, xarici şirkətlərin səhmdarı olmaq imkanını əldə ediblər.

Beləliklə, yüzlərlə maliyyə alətlərinə yatırım edib, nüfuzlu şirkətlərin pay sahibi ola, səhm, investisiya fondları, kriptovalyuta (CFD) kimi maliyyə aləti ilə ticarət etmək, artıq “Leobank” mobil tətbiqi üzərindən investisiya hesabı açmış “Unicapital” müştəriləri üçün əlçatan olub.

Bu yenilik yerli maliyyə bazarlarının inteqrasiyası və əlçatanlığının yüksəldilməsinə xidmət etməklə, Azərbaycanda investisiya xidmətlərinin təşkili və göstərilməsi üçün yeni mərhələ yaratmış olur. Mobil tətbiq istifadəçiləri investisiya bölməsinin aşağıdakı imkanlarından yararlana biləcək:

Rahat və geniş funksionallıq

Bir kliklə nüfuzlu qlobal şirkətlərin səhmdarı olmaq imkanı

Təcrübəli və etibarlı tərəfdaş olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin dəstəyi

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət ötən ildə Azərbaycanın ilk yerli investisiya platforması olan “UTrader” platformasını istifadəyə verib.

Mövcud müştərilər tərəfindən yüksək marağa səbəb olan yeni xidmət artıq aktiv istifadə olunur və çox sayda müsbət rəy əldə edib.

Yuxarıda qeyd olunan bölmə “Leobank”ın 28 aprel 2022-ci il tarixindən sonra qeydiyyatdan keçmiş və “Unicapital İnvestisiya Şirkəti” ASC investisiya müqaviləsini imzalamış müştəriləri üçün aktivdir.

Xidmətə hələ də qoşulmamış “Leobank” istifadəçiləri isə iş saatları çərçivəsində istənilən vaxt “Unibank”ın filiallarına yaxınlaşaraq, müvafiq sənədləri imzalayıb, yeni xidmətə qoşula bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment