1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb
07.02.2023

7 fevral 2023-cü il tarixində “ASAN xidmət indeksi” üzrə 2022-ci il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

​​Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.

Öncə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Dövlət Xidmətlərinin Elektron Reyestrinin məqsədləri və bu çərçivədə görülmüş işləri diqqətə çatdırıb. Qeyd olunub ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə BMT tərəfindən yüksək qiymətəndirilib. Qurumlar tərəfindən bu istiqamətdə hər ötən il əvvəlki ildən daha yüksək nəticələrin əldə olunduğu bildirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Bu məqsədlə 2022-ci ildə Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 254 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 171 xidməti və 9 hüquqi şəxsin 74 xidməti daxil olmaqla, ümumilikdə 499 xidmət qiymətləndirilib.

Tədbirdə 2022-ci ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2-ci yerə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 3-cü yerə Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları arasında 1-ci yerə Binəqədi Rayon İcra Hakimiyyəti 2-ci yerə Suraxanı Rayon İcra Hakimiyyəti, 3-cü yerə Nizami Rayon İcra Hakimiyyəti,  hüquqi şəxslər arasında  isə 1-ci yerə  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 3-cü yerə “Azərqaz” İstehsalat Birliyi, həmçinin 2016-2021-ci illərdə ən yüksək göstərici əldə etmiş Dövlət Miqrasiya Xidməti mükafata layiq görülüb.

Tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.

Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment