1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyasının Ümumi Yığıncağının iclası keçirilib
07.02.2023

Təsisçilərin Ümumi Yığıncağının iclasında Assosiasiyanın Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb.

ASA-dan verilən məlumata görə, iclasda Assosiasiyanın 2022-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub, həyata keçirilən görüş və tədbirlərlə bağlı məlumat verilib. Bildirilib ki, 2021 və 2022-ci illərdə sığorta bazarında ardıcıl olaraq qeydə alınan 16% və 15%-lik böyümənin formalaşmasında Azərbaycan Sığortaçılar Assosiasiyasının müstəsna xidmətləri olub. İstər dövlət və özəl sektorla sığorta bazarı arasında əlaqələrin qurulması, istərsə də sığorta maarifləndirməsi və qarşısıalınma tədbirləri istiqamətində aparılan məqsədyönlü tədbirlər mövcud böyümənin təmin olunmasında bilavasitə rol oynayıb.

İclasda ASA-nın 2023-cü il üzrə nəzərdə tutulmuş fəaliyyət planı və layihələri barədə məruzə dinlənilib. Fəaliyyət planı Assosiasiyanın təsisçiləri tərəfindən müsbət qarşılanıb.

ASA-nın nizamnaməsinə uyğun olaraq, iclasda Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının yeni tərkibi də formalaşdırılıb. Səsvermə əsasında formalaşan yeni tərkibdə ilk dəfə olaraq bir həyat sığortası şirkəti də ASA-nın Müşahidə Şurasının üzvlüyünə daxil olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimi formalaşıb:

“A-Qroup Sığorta Şirkəti” ASC;

“Atəşgah” Sığorta Şirkəti ASC;

“Azərsığorta” Dövlət Sığorta Şirkəti;

“AzRe Təkrarsığorta” ASC;

“AzSığorta” ASC;

“İpək Yolu Sığorta” ASC;

“Qala Sığorta” ASC;

“PAŞA Sığorta” ASC;

“PAŞA Həyat Sığorta” ASC.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment