1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Küveytlə Azərbaycan arasında turizm əlaqələrinin inkişafı müzakirə edilib
03.02.2023

Küveytlə Azərbaycan arasında turizm münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Məhəmməd Abdullah Almauid arasında fevralın 2-də keçirilən görüşdə müzakirə olunub.

Görüşdə Fuad Nağıyev Azərbaycanla Küveyt arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, 2022-ci il ərzində Küveyt Dövlətindən ölkəmizə səfər edən vətəndaşların sayının 22 min nəfərdən çox təşkil etdiyini və bu rəqəmin bu il daha da artmasına ümid etdiyini bildirib.

Fuad Nağıyev bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsindəki qalibiyyətindən sonra Qarabağın turizm potensialının qiymətləndirilməsi və yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi Dövlət Turizm Agentliyi qarşısında qoyulan əsas vəzifələrdən birdir. O, Qarabağa və ölkənin turizm potensialı yüksək olan digər ərazilərinə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırıb.

Səfir Abdullah Məhəmməd Abdullah Almauid siyasi əlaqələrin inkişafının turizm əlaqələrinin də genişləndirilməsinə töhfə verdiyini qeyd edərək, yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.

O, iki ölkə arasında ortaq dəyərlərin, ölkəmizdə inkişaf etmiş turizm infrastrukturunun mövcudluğunun, həmçinin  Azərbaycanın təhlükəsiz və ailəvi turizm destinasiyası kimi üstünlüklərə malik olmasının ölkəyə səfər edən Küveyt vətəndaşlarının sayının artmasına təsir etdiyini bildirib.  

Görüşdə Azərbaycana səyahəti asanlaşdıracaq prosedurlar, hazırda həyata keçirilən birbaşa uçuşların sayının artırılması, çarter reyslərinin təşkil edilməsi kimi mövzular barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bakıdan Küveytin Əl-Küveyt şəhərinə “Kuwait Airways” və “Jazeera Airways” hava yolları vasitəsilə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Küveyt vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment