1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT “ASAN xidmət” təcrübəsini qabaqcıl model kimi təşviq edir
03.02.2023

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin ”Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tətbiqi və xidmətlərin daha efektiv göstərilməsi üçün vahid məkandan xidmət göstərən mərkəzlərin dizaynı” adlı nəşrində “ASAN xidmət” modeli dövlət xidmətləri sahəsində ən qabaqcıl təcrübələr arasında göstərilir. Nəşrin məqsədi vahid məkandan xidmət göstərilməsi sistemi və dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinin təşviqidir.

Sözügedən materialda vahid məkandan xidmət göstərən mərkəzlərin vacibliyi qeyd olunur. Eyni zamanda bu cür mərkəzlərin qurulması prosesi zamanı qarşılaşılan çətinliklər, hazırlanan strategiyalar və müxtəlif dövlətlər tərəfindən müvafiq sahə üzrə görülən işlərdən bəhs olunur, uğurlu təcrübələr qeyd olunur.

Nəşrdə Azərbaycanda dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsində, səmərəliliyin artırılmasında və bu istiqamətdə əlçatanlığın təmin olunmasında “ASAN xidmət”in müstəsna əhəmiyyətindən söhbət açılır.

Bundan əlavə “ASAN xidmət”in 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görüldüyü bildirilir. Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan uğurlu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in korrupsiyaya qarşı mübarizə, eləcə də bürokratiyanın aradan qaldırılması istiqamətində mühüm rol oyandığı vurğulanır.

Nəşrdə Səyyar ASAN xidmətin, SAN könüllülərinin fəaliyyəti barədə də məlumat verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ASAN xidmət” mərkəzlərinin açılış mərasimlərində şəxsən iştirak etməsinin dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsinə, səmərəliliyin artırılmasına və bu istiqamətdə əlçatanlığın təmin olunmasına Azərbaycan dövləti tərəfindən verilən önəmin göstərcisi kimi qeyd olunur.

Əlavə olaraq sənəddə Vyetnam, Kenya, Qazaxıstan, Gürcüstan, Koreya, Sinqapur kimi ölkələrin dövlət xidmətləri sahəsində olan təcrübələrindən bəhs olunur.

Nəşrə keçid: https://bit.ly/3YiNIo6


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment