1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB tarixi binasının açılışını etdi
02.02.2023

ABB-nin “Mərkəzi” filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə başlayıb. “Mərkəzi” filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir. 

30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib.  İştirakçılar binada təşkil edilmiş və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş tarixi guşə ilə də tanış olublar.  Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün filial binasında yaradılmış imkanlar təqdim edilib. 

ABB-nin “Mərkəzi” filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub. Bank üçün nəzərdə tutulduğundan fasadında “Банкъ” sözü və qədim Roma mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən burada “Societe Generale” qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan “Rusiya-Asiya Bankı”nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib.

1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin “Mərkəzi” filialı bu binada müştərilərə xidməti davam etdirməkdədir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb. ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb. 

ABB-nin  İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən danışıb: “Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır”.    

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment