1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu
02.02.2023

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərinin hörmətini və etibarını qazanmış Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı,  invaziv kardioloq Dr.İlqar Tahiroğlunu  təqdim edirik.

DR.İLQAR TAHİROĞLU Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapadılması, ASD qapadılması, karotis stent və  ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur.

Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir.  2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəmişdir. 

2021-2022-ci ci ilin 1 aprel tarixində  Bakı Sağlamlıq Mərkəzində Kardiologiya bölməsinin rəhbəri kimi əmək fəaliyyətinə başlayan Dr.İlqar Tahiroğlu 2022-ci ilin 11 may tarixindən “Fetal Mərkəz NS Genetiks” MMC-də həkim-kardioloq işləmişdir. Dr. İlqar Tahiroğlu 28 iyun 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalışır. 

2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllim kimi çalışır. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur. 

O, 2015 və 2018-ci illərdə yaxşı klinik təcrübə üçün sertifikatlar almış, həmçinin, İsrail Ürək Cəmiyyətinin 62, 63, 64 və 65-ci illik konfranslarında sertifikatlar almış, 2018-ci ildə mitral klipdən əvvəl və sonra ağciyər arteriya təzyiqində həmmüəllif kimi, İsrail Milli Konqresinin 65-ci İllik Konfransında şifahi təqdimatla çıxış etmişdir. 2016-cı ildə ACLS (Qabaqcıl Kardiyak Həyat Dəstəyi) kursunda iştirak etmiş, Mitral klipdən əvvəl və sonra Ağciyər Arteriya Təzyiqinin şifahi təqdimatının XXIV Ümumdünya Exokardioqrafiya və Ürək-Damar Görüntüsü Konqresinin həmmüəllifi olmuş, 2018-ci ildə Londonda keçirilən Təcrübəli TAVI implantatorları üçün Sertifikatlı Evolut TAVI Platforması Təlimində sertifikat almışdır.

Dr.İlqar Tahiroğlu bir sıra beynəlxalq təşkilatların üzvüdür. O, 2014-cü ildən European Society of Cardiology (ESC), 2015-ci ildən Acute Cardiovascular Care Association (ACCA/ESC),  2017-ci ildən European Association of Cardiovascular Imaging (EACVI), həmçinin, İsrail, Türkiyə və Azərbaycan Kardiologiya cəmiyyətlərinin fəal üzvüdür. 

Dr. İlqar Tahiroğlunun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment