1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Gəncləri Günü ərəfəsində "Gənclərin karyera günü" keçirilib
01.02.2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününün 26-cı ilinə həsr olunmuş "Gənclərin karyera günü" tədbiri keçirilib.

Gənclərin məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək və əmək bazarında mövcud vəziyyətlə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə keçirilən tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun direktor müavini Qədir Xəlilov və İqtisad Universitetinin​​​​​​​ rektoru Ədalət Muradov iştirak edib.

Agentlik tərəfindən gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə görülən işlərdən danışan Mustafa Abbasbəyli bu istiqamətdə dövlət qurumları və özəl şirkətlərlə ilə əməkdaşlıq edildiyini, yeni rəqəmsal layihələr icra olunduğunu və gənclər üçün bir sıra fürsətlər yaradıldığını qeyd edib.

Müasir çağırışlar və əmək bazarının tələbləri barədə də məlumat verən M.Abbasbəyli müasir peşələrin transformasiyası, axtarılan işçi profilinin formalaşdırılması barədə məlumat verib,  gənclərə gələcəyin peşələri ilə tanış olmağı, təhsilə önəm verməyi və çox çalışmağı tövsiyə edib.

Daha sonra tədbirdə Agentliyin Mərkəzi Karyera filialının nümayəndələri tərəfindən gənclər üçün TEDx formatında çıxışlar, “Alo Karyera” dəstək xidmətinin peşəkar məsləhətçiləri tərəfindən karyera planlaması istiqamətində ekspress konsultasiya xidməti, əmək bazarının tələbləri barədə infosessiyalar həyata keçirilib.

"Gənclərin karyera günü"nün bir hissəsində isə gənclər əmək yarmarkasında iştirak edərək vakansiyalarla tanış olmaq imkanı əldə ediblər. Agentliyin sosial tərəfdaşı olan 52 şirkət tədbirə qatılaraq 1000-dən çox vakansiya təqdim edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment