1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sığortaçılarla görüşü keçirilib
27.01.2023

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə sığortaçılar arasında görüş keçirilib.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə baş tutan və Azərbaycan Respublikasının Mərkəzi Bankı, ASA, Aqrar Sığorta Fondu və sığorta şirkətlərinin rəhbərliklərinin iştirak etdiyi görüşdə sığorta sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri və yerli sığorta bazarındakı problemlərin həlli istiqamətləri geniş müzakirə olunub.

İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tədbiri giriş sözü ilə açaraq sektorun əhatəli inkişafının təmin olunmasında Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Qeyd edib ki, dövrün başlıca tələbi olaraq sığorta bazarı üzrə proseslərin bütünlüklə elektronlaşması sektorun müasir inkişaf istiqamətlərinin formalaşdırılmasına təkan verə bilər.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev öz çıxışında sektorun mövcud vəziyyəti, inkişaf dinamikası, sığorta bazarını maraqlandıran məsələlər barədə danışaraq görülmüş işlər haqqında məlumat verib. İcraçı direktor sığorta sektorunun iqtisadiyyatda rolunun artırılması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələrdən də söz açıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev çıxışında Şura üzvlərinə nəzarətedici orqan tərəfindən sektorun inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən təkmilləşdirmə işləri haqqında geniş məlumat verib. Bildirib ki, sektordakı mövcud boşluqların doldurulması və sığorta bazarındakı fəaliyyətin stimullaşdırılması ilə bağlı addımlar uğurla davam etdirilir.

Daha sonra İctimai Şuranın üzvləri ilə sığortaçılar arasında sığorta sektorunun hazırki vəziyyəti və mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə avto-icbari sığortada tətbiq olunan təkmilləşdirmə işləri, Həyatın yaşam sığortasının üstünlükləri, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi, sahibkarlara yönəlik yeni sığorta məhsullarının labüdlüyü, sığorta sektorunun ÜDM-dəki payının artırılması və ayrı-ayrı sığorta növləri üzrə penetrasiyanın yüksəldilməsi imkanları ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment