1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta və ADA Universiteti arasında memorandum imzalandı!
07.12.2022

Gənclərin təhsilinə, gələcək inkişafına və insan kapitalına göstərdiyi diqqətə görə fərqlənən PAŞA sığorta şirkəti bu istiqamətdə yenilikləri davam etdirir.

Ölkənin nüfuzlu təhsil müəssisələrindən olan ADA Universiteti və qeyri-həyat sığorta bazarının lider şirkəti hesab edilən PAŞA Sığorta arasında 6 dekabr 2022-ci il tarixində birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumun şərtlərinə, əsasən, şirkət və universitet tələbələrin təhsil və karyera inkişafı üzrə bir neçə istiqamətdə əməkdaşlıq edəcək. Bu istiqamətlər arasında tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, Universitetin kontingenti üçün PAŞA Sığorta tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, şirkətin əməkdaşlarının Universitetdə qonaq çıxışçı qismində çıxış etməsi, Universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər layihələr mövcuddur.

Memorandumu Universitet adından ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

Universitetdə baş tutan  görüşdə həmçinin, PAŞA Sığorta şirkətinin İnsan Resursları departamentinin rəhbəri Asif Sadıqov, İstedadların İdarəolunması və İnkişafı şöbəsinin rəhbəri Leyla Cəfərli, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitunun  direktor müavini, eyni zamanda ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva, Karyera Xidmətləri üzrə baş mütəxəssis Təranə Aslanova, layihə koordinatoru İnara Məmmədova və digər mütəxəssislər iştirak edib.

Görüş zamanı hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparılıb. Görüşdə sığorta sektorunda fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, mövcud mütəxəssislərin ixtisaslaşdırılması üçün xüsusi tədris proqramının hazırlanması məsələsi də müzakirə edilib.

“Ümid edirəm ki, bu sazişin hazırda sığorta bazarında olan kadr çatışmazlığının aradan qalxmasına,ölkəmizdə sığorta üzrə ixtisaslı kadrların yetişməsinə böyük töhfəsi olacaq.” – deyə Ülviyyə Cabbarova bildirib. Ülviyyə Cabbarova şirkətdə Universitet tələbələri üçün təmin edilə biləcək xüsusi imkanlardan da bəhs edib.

“İnanırıq ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz öz karyera yollarında inamla addımlayacaq, real iş mühitində təcrübə keçə biləcəklər.”- deyə Natiq Hacıyev öz düşüncələrini paylaşıb.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment