1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyev
06.12.2022

“Həkimlərimizi tanıyın” rubrikasında Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyevi sizə təqdim edirik.

DR.MEHDİ ƏLİYEV Mərkəzi Gömrük Hospitalında müasir tibbi innovasiyalara əsasən ümumi anesteziya, regional anesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiya pompasının tətbiqi, onurğa beyin mayesinin alınması, bronxoskopiya, bronxların lavajı, defibrilasiya və kardioversiya kimi sahələrdə müayinə və müalicələr aparır. 

Mehdi həkim 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsində təhsil almış, 2000-2001-ci illərdə 1№-li Şəhər Kliniki xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında internatura keçmişdir. O, 2007-2011-ci illərdə İtaliyanın Milan şəhərində “Ospedale Maggiore of Milan” xəstəxanasının Anesteziologiya və İntensiv terapiya kafedrasında beynəlxalq təqaüd proqramı üzrə, 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil almışdır. 

Dr.Mehdi Əliyev 2003-2006-ci illərdə Azərbaycanın özəl tibb müəssisəsində təcili tibbi yardım həkimi kimi çalışmış, 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. Dr.Mehdi Əliyev 2005-ci ildə Şotlandiyanın Aberdin Universitetində “Qabaqcıl Kardiyak və Travma Həyat Dəstəyi Bacarıqları” kursunda, 2010-cu ildə Rumıniyanın Buxarest şəhərində Təcili və Fövqaladə hallar üzrə “Təcili və Təxirəsalınmaz tibbi yardım” mövzusunda beynəlxalq təlimdə iştirak etmişdir. Həmçinin, Mehdi həkim 2022-ci ildən Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-nin "Anesteziologiya və reanimatologiya" ixtisası üzrə qiyabi doktorantıdır. 

2021-ci ildə Dr.Mehdi Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub. O, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin, Avropa Anestezioloqlar Cəmiyyətinin, Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin və Avropa İntensiv Terapiya Təbabəti Cəmiyyətinin üzvüdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment